ABŞ narahatdır: "Bu, Vaşinqton üçün qırmızı xətdir"
"Hindistanın Baş naziri Narendra Modi Ukraynadan qayıdan kimi bu ölkənin müdafiə naziri Rajnath Singh Amerika Birləşmiş Ştatlarına səfər edib".
KONKRET.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, səfərin məqsədi iki ölkə arasındakı əməkdaşığın dərinləşdirilməsidir:
"Nazir səfərdən öncə verdiyi açıqlamada iki ölkənin strateji maraqlarını müzakirə etmək və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün Vaşinqtona gedəcəyini bildirib. Rajnath Singh Vaşinqtonda amerikalı həmkarı, Pentaqonun başçısı Lloyd Ostinlə görüşdə müdafiə sahəsində əməkdaşlığın gücləndirməsi mövzularını müzakirə edib. Hər iki dövlət Hind və Sakit Okeanda birgə hərbi əməkdaşlığın vacibliyini vurğulayıb. ABŞ və Hindistan reaktiv mühərriklərin, pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılıq əldə ediblər. Bundan başqa, müdafiə nazirləri kosmosda birgə əməkdaşlığın mümkünlüyü barədə fikir mübadiləsi aparıblar".
Politoloq ABŞ-nin narahat olduğu məqamdan da bəhs edib:
"İki ölkə arasında hərbi əməkdaşlığa baxmayaraq, Vaşinqton Dehlinin Rusiyadan hərbi texnika almasından narahatdır. Vaşinqton Hindistanın Rusiyadan S-400 raket komplekslərinin alışının əleyhinədir. Vaşinqton hesab edir ki, ABŞ-nin müttəfiqləri Rusiyadan hərbi texnika almamalıdırlar. Hindistan S-400 raket kompleksi ilə maraqlansa da, hələ bu sistemi əldə etməyib. Dehli üçün xarici və təhlükəsizlik siyasətində balanslı mövqeyi davam etdirmək asan deyil. Bir ölkənin həm Rusiya, həm də ABŞ-dən hərbi texnika alması, ortaq layihələr reallaşdırması çətindir. Eyni çətinliklə Türkiyə də üzləşib. Ankara Rusiyadan S-400 raket kompleksləri aldıqdan sonra Vaşinqton Türkiyəyə əvvəlcədən razılaşdırılan və maliyyəsinin bir hissəsi ödənilən F-35 hərbi təyyarələrini satmaqdan imtina etdi".
E.Şahinoğlu Dehlinin ABŞ ilə ortaq hərbi layihələr reallaşdırmaq çabalarından da yazıb:
"Dehli ABŞ ilə ortaq hərbi layihələrin reallaşmasına çalışır. Hindistanın müdafiə naziri ABŞ-dəkı hind disaporu qarşısındakı çıxışında ölkəsinin sözügedən ölkə ilə strateji tərəfdaşlığa sadiq alacağını vurğulayıb. "ABŞ və Hindistan təbii müttəfiqdirlər" deyən Rajnath Singh iki ölkə arasında güclü tərəfdaşlığın dünyada sabitlik və inkişaf üçün faydalı olacağını söyləyib. Hindistanın müdafiə nazirinin Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşü də diqqəti çəkib. Sallivan Çinə səfərə hazırlaşır. O, Pekində Çinin xarici işlər naziri Van Yi ilə görüşəcək. Bu baxımdan Sallivanın Pekində hansı mövzuları müzakirə edəcəyi Dehli üçün də maraqlıdır".
Məlik,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb