ABŞ NATO sammiti ərəfəsində Türkiyəyə "Kaan" qırıcıları üçün mühərrik satışını təsdiqləyəcək
ABŞ administrasiyası Türkiyənin milli döyüş təyyarəsi "TAI Kaan" üçün "General Electric" şirkətinin istehsalı olan onlarla aviasiya mühərrikini tədarük etməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Konqresinin bir hissəsinin etirazlarına baxmayaraq, bu sövdələşməni reallaşdırmaqda qərarlıdır.
Sövdələşmənin ümumi dəyərinin 700 milyon dollardan çox olacağı bildirilir. Gözlənilir ki, razılaşma yaxın günlərdə yekunlaşacaq və bundan sonra Dövlət Departamenti Konqresə rəsmi bildiriş göndərəcək.
Xatırladaq ki, bu mühərriklər Türkiyənin 2016-cı ildən bəri müdafiə sənayesində özünütəminetmə kursu çərçivəsində hazırladığı ilk milli döyüş təyyarəsi olan "Kaan" layihəsi üçün nəzərdə tutulub. Sövdələşmənin NATO sammitindən dərhal əvvəl gündəmə gəlməsi Ankaranın hərbi aviasiya sahəsindəki imkanlarını genişləndirmək səylərinin dəstəklənməsi kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib