ABŞ-nin Ukrayna üzrə yenilənmiş sülh planı: hazırda məlum olanlar
ABŞ-nin Ukrayna münaqişəsini bitirmək üçün hazırladığı plan layihəsi beynəlxalq mediada manşet mövzusu olaraq qalır.
KONKRET.az Kreml sözçüsü Dmitri Peskov mediada çoxlu ziddiyyətli məlumatlar yayıldığı üçün hər bir xəbəri şərh etməyin mümkün olmadığını vurğulayıb.
Son məlumatlar belədir:
Financial Times qəzetinə görə, Tramp administrasiyasının Ukrayna sülh planı bazar günü Cenevrədə keçirilən ABŞ–Ukrayna–AB danışıqlarından sonra 28 maddədən 19 maddəyə endirilib.
Peskov bildirib ki, Rusiya planın yenilənmiş versiyasını hələ almayıb.
Kreml sözçüsü təsdiqləyib ki, ilkin plan avqust ayında Alyaskada keçirilən Rusiya–ABŞ sammitində əldə olunan razılaşmalar əsasında hazırlanıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, plan ətrafında çoxlu şayiələr var, lakin Rusiya yalnız rəsmi kanallarla ötürülən versiyaya etibar edir.
Uşakov əlavə edib ki, ABŞ planı ilə bağlı Rusiya ilə hələ ciddi danışıqlar aparılmayıb.
Planın yenilənmiş versiyasından Ukraynanın bərpası üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsini nəzərdə tutan maddə xüsusi olaraq çıxarılıb.
Bildirilir ki, hazırda ABŞ, Rusiya və Ukrayna nümayəndələri planı müzakirə etmək üçün BƏƏ-dədirlər.
Ağ Evin sözçüsü Leavittin sözlərinə görə, Tramp administrasiyası bir neçə "mübahisəli məqam" üzərində işləyərək planı təkmilləşdirməyə davam edir və ABŞ prezidenti razılaşmanın əldə olunacağına ümid və nikbinliyini qoruyur.
Vladimir Zelenski Tramp ilə planın mübahisəli məqamlarını müzakirə etməyə hazır olduğunu bildirsə də, Ağ Ev Tramp–Zelenski görüşünün hazırda gündəmdə olmadığını vurğulayıb.
"Wall Street Journal" qəzeti yazır ki, Ukrayna sülh razılaşması prosesi Qəzza zolağında atəşkəs əldə edildikdən sonra bu plan üzərində işləməyə başlayan ABŞ-nin xüsusi nümayəndəsi Steven Witkoff və Trampın kürəkəni Cared Kuşner tərəfindən başladılıb.
Ağagül Mürsəlov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib