"ABŞ-nın yürütdüyü siyasətin təməlində yalnız öz maraqları dayanır"

Son günlər ABŞ Konqresinin və ABŞ Dövlət Departamentinin anti-Azərbaycan kampaniyasını izləyərkən, belə bir fikrə gəlmək olar ki, ABŞ-dəki erməni lobbisi nə qədər güclü olsa da, onlar ABŞ-dən yox, ABŞ dövləti özü erməni lobbsindən Azərbaycana qarşı həyata keçirdiyi siyasətdə alət kimi istifadə edir.
KONKRET.az xəbər verir ki, bu barədə "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.
"Aydındır ki, Konqresmen Bob Menendez fərdi olaraq öz maraqları çərçivəsində hərəkət edir (korrupsiya və ermənilərlə qohumluq səbəbindən və s). Amma Menendezin bəyanatına oxşar şəkildə ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kimin söylədikləri, bu kampaniyanın təkcə, "çünki arvadı ermənidir" səbəbilə həyata keçirilməməsini sübut edir.
ABŞ-nin yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı hamıya bəllidir. Dünyanın müxtəlif bölgələrindəki münaqişələrə ABŞ selektiv olaraq yanaşır. Yəni burada ABŞ dünyaya bəyan etdiyi insan hüquqları və bərabərlik prinsipləri deyil, fərdi milli maraqlar önə çıxır.
Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı.
Hazırda Azərbaycanla Ermənistan arasında normalizasiya prosesinə maneə törətmək istəyən müəyyən qüvvələr mövcuddur. Fransanın siyasəti məlumdur. Bu ölkə tam olaraq Ermənistanın tərəfində olduğunu hamıya açıq bəyan edir və Azərbaycana qarşı öz nifrətini belə müxtəlif məmurları vasitəsilə göstərir. ABŞ da Fransa və Rusiya kimi, ATƏT MQ-nin həmsədri kimi turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər. Bu qrup uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. 30 il Azərbaycana məğlubiyyətləbarımağa məcburetmə siyasətindən istifadə olunurdu. Lakin Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır", – deyə o bildirib.//Trend

Siyasi       Tarix: 16 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler kriminal xeberler krminal bu gun cəbhədən şad xəbər