ABŞ Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat tələb etdi
Birləşmiş Ştatlar Qazaxıstandan, hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyə niyə qərar verdiyinə aydınlıq gətirməsini xahiş edir.
KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Onlara (Qazaxıstan hökuməti) Rusiyanın rəhbərlik etdiyi bu quruma niyə üz tutmağa məcbur olduqları ilə bağlı real suallarımız var. Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Amma indi ən önəmlisi odur ki, hər şey sülh yolu ilə və səsinin eşidilməsini istəyənlərin hüquqlarına hörmətlə həll olunmalıdır", – Blinken CNN-ə müsahibəsində deyib.
O, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmrini pisləyib: "Mən bu bəyanatı pisləyirəm. Əgər bu, milli siyasətdirsə, mən bu siyasəti pisləyirəm".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı