ABŞ Senatı Putini hərbi cinayətkar elan etdi
ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.
KONKRET.az bu barədə "Report"a istinadən xəbər verir.
Qeyd edilir ki, qətnamə respublikaçı senator Lindsey Qraham tərəfindən təqdim edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.
Senat Putinin hakimiyyəti dövründə Rusiya silahlı qüvvələri tərəfindən törədilən "zorakılıq, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətləri" qətiyyətlə pisləyib.
Qətnamə Haaqa Beynəlxalq Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Prezident Vladimir Putin və onun komandasını, o cümlədən Rusiya ordusunun fəaliyyətini araşdırmağa çağırır.
"Bu zalda hamımız demokratlar və respublikaçılarla Vladimir Putinin Ukrayna xalqına qarşı törədilən vəhşiliklərə görə məsuliyyətdən qaça bilməyəcəyini demək üçün birləşdik", – Senatdakı demokrat çoxluğun lideri Çak Şumer deyib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.
Bizim Te
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti