"ABŞ Ukrayna laboratoriyalarında virusun ötürülməsi üçün tədqiqat aparıb" - Rusiya MN-dən ŞOK İDDİA
Rusiyalı ekspertlər ABŞ-ın Ukraynada bir neçə il davam edən məxfi layihə həyata keçirdiyini iddia ediblər.
KONKRET.az Versiya.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, ABŞ və NATO ölkələri Ukraynada yarasalardan insanlara xəstəliklərin ötürülməsinin mümkün yollarını öyrənmək məqsədi daşıyan gizli layihə həyata keçirib. Amerika layihəsi çərçivəsində Xarkov Baytarlıq İnstitutu yüksək patogenli quş qripinin ötürülməsi üçün daşıyıcı kimi vəhşi quşları tədqiq edib.
General vurğulayıb ki, Rusiyanın sərəncamında olan sənədlər uzun illər Xarkovda aparılan tədqiqatların sistematik xarakter daşıdığını və onların birbaşa amerikalı mütəxəssislərin nəzarəti altında aparıldığını təsdiqləyir. Yaxın vaxtlarda Müdafiə Nazirliyi laboratoriya fəaliyyəti mövzusunda yeni sənədlər paketi dərc edəcək.
Xatırladaq ki, Rusiya departamentinin məlumatına görə, Ukrayna ərazisində ABŞ-ın sifarişlərini yerinə yetirən otuz laboratoriya fəaliyyət göstərib, bu proqramın maliyyələşdirilməsində ABŞ Müdafiə Nazirliyi iştirak edib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti