ABŞ və İsrailin heç bir şərti qəbul edilmədi - 'İran mənəvi baxımdan qalib gəldi

ABŞ və İsrailin heç bir şərti qəbul edilmədi - 'İran mənəvi baxımdan qalib gəldi"İran xalqı mənəvi baxımdan qalib gəldi".
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 
ABŞ və İsrailin heç bir şərti qəbul edilmədi - 'İran mənəvi baxımdan qalib gəldiO bildirib ki, burada qalibiyyətdən nisbi mənada danışmaq olar:
"ABŞ İran qarşısında 4-5 tələb irəli sürmüşdü. İsraillə də bu məsələlərdə ortaq idi ki, rejim dəyişdirilsin, İran müttəfiqləri ilə - Hizbullah, Həmas və digərləri ilə əlaqələrini kəssin. Daha sonra nüvə silahı proqramını dayandırsın və zənginləşdirilmiş uranı ölkədən çıxarsın. Amma onların irəli sürdükləri hədəflərin heç birinə nə ABŞ, nə də İsrail nail ola bilmədi. Baxmayaraq ki, İranda xeyli dağıntılar və itkilər var. Bununla belə, İran xalqı, demək olar ki, öz konsolidasiya imkanları və vəhdəti sayəsində mənəvi baxımdan qalib gəldi və öz kimliyini qoruyub saxlaya bildi. Yəni psixoloji baxımdan İranı sındıra bilmədilər. İran həm amerikalılara, həm də İsrailə təsirli zərbələr endirdi".
Politoloq vurğulayıb ki, ABŞ və İsrail öz itkilərini ciddi şəkildə ört-basdır edirlər:
 "ABŞ və İsrail  hücum edən tərəf idi. ABŞ və İsrail öz itkilərini ciddi şəkildə ört-basdır edirlər. İsraildə vaxtından əvvəl məlumat yayan və ya dağıntıları göstərən şəxslərə 5 il həbs cəzası nəzərdə tutulur. Bu isə göstərir ki, ört-basdır etməklə yaranmış problemləri aradan qaldırmaq mümkün olmayacaq.
İran isə öz itkilərini açıq şəkildə təqdim etdi. İlk vaxtlar yayılan "İranda 30-40 min insan ölüb" kimi məlumatlar yalandır. Rəsmi məlumata görə, İranda ölənlərin sayı 3177 nəfərdir. Onlardan təxminən 30 nəfərin şəxsiyyəti müəyyən edilə bilməyib, çünki ciddi yanıq xəsarətləri alıblar.
Həlak olanların içində 200-ə yaxın polis əməkdaşı, İslam Keşikçiləri və "Bəsic" nümayəndələri var. Bu da onu göstərir ki, İran daxilində əvvəldən yerləşdirilmiş casus şəbəkələri mövcud olub və onlar silahlı fəaliyyət göstəriblər.
Donald Tramp özü də etiraf etmişdi ki, insanlara rejimi dəyişmək üçün müəyyən imkanlar yaradılmışdı. Hətta "kürd kartı"ndan istifadə etmək cəhdləri də olub, lakin bu da baş tutmayıb".
O deyib ki, tərəflər bundan sonra da atəşkəsə əməl etməlidir:
"Hazırda arzu olunan odur ki, yaxın iki həftə ərzində tərəflər mövqelərini bir qədər yaxınlaşdırsın və bu proses dayandırılsın. Çünki insanlar artıq yorulub, itkilərin miqyası isə kifayət qədər böyükdür.
Ona görə də bu proseslərdən nəticə çıxarmaq son dərəcə vacibdir".
Şahanə Ziyad

Siyasi       Tarix: 09 aprel 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim cəbhədən son dəqiqə maşın realiti şou xeber