"ABŞ Yaxın Şərqə yeni siyasi dizayn vermək istəyir" - Politoloq
"İranın Yaxın Şərqdə dəstək verdiyi proksi qüvvələr sıradan çıxarılır. İsrailin "Hizbullaha" qarşı hərbi əməliyyatları, bu təşkilatı kifayət qədər zəiflətməklə Livanın siyasi səhnəsindən siləcək. Yaxın Şərqdə İranın dəstək verdiyi proksi təşkilatların sıradan çıxarılması, ABŞ-nin strateji prioriteti olaraq İsrail vasitəsilə həyata keçirilir".
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, İran uzun illərdir, "Hizbullah" vasitəsilə İsraili və Livan hakimiyyətini təhdid altında saxlayırdı:
"Hizbullah"ın zəiflədilməsi Livanın İrandan tam asılılığına son qoyacaq və Yaxın Şərqdə yeni bir siyasi nizam formalaşdıracaq. Bununla da Livanın siyasi sistemi sabitləşəcək. Həmçinin bu, müstəqil Fələstin dövlətinin tanınmasına yol açılacaq. İran hakimiyyəti də proseslərin fərqindədir. Bu proses fonunda Vaşinqton və Tehran arasında konfidensial danışıqların aparılması istisna deyil. ABŞ regiona əlavə qüvvələr göndərməklə Tehranı mümkün hərbi təxribatlardan çəkindirməyə çalışır".
Politoloqun sözlərinə görə, ABŞ Yaxın Şərqə yeni siyasi dizayn verməklə "ərəb baharında" buraxılmış strateji səhvlərini düzəltmək istəyir.
"Əgər, İran "Hizbullah" və Husilərə görə müharibəyə qatılarsa, ölkə daxilində parçalanma qaçılmaz ola bilər. Məhz Pezeşkianın Azərbaycan, Bəlucistan kimi vilayətlərdə müstəqillik meyllərinin güclənməsinin İran üçün təhlükə yaratdığını bəyan etməsi bununla bağlıdır".
Aygün,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb