ABŞ Yunanıstanı yarı yolda qoydu - Durum Türkiyənin lehinə dəyişdi
ABŞ-ın "EastMed" layihəsindən ("Şərqi Aralıq dənizi" boru kəməri) dəstəyi çəkməsi günlərdir Yunanıstan mətbuatının manşetlərində yer alır.
KONKRET.az xəbər verir ki, yunan nəşrləri Vaşinqtonun Yunanıstanı Şərqi Aralıq dənizində Türkiyənin qarşısında üzüstə qoyduğunu yazıblar.
"Baydenin "EastMed"dən ayrılması Türkiyənin Şərqi Aralıq dənizindəki yeni qələbəsidir", – yunan qəzetləri vurğulayıblar.
"Siti Tayms" qəzetində mövzu ilə bağlı məqalə dərc olunub. Məqalədə Co Bayden administrasiyasının Türkiyə ilə qarşıdurmanın yaşanmaması üçün "EastMed" layihəsindən dəstəyini geri çəkdiyi iddia edilib.
Məqalədə ABŞ-ın geri çəkilmə qərarından sonra Yunanıstandakı imicinin zədələndiyi diqqətə çatdırılıb və qeyd edilib ki, Co Bayden vəzifəyə gələndə yunan xalqının 54 faizi onu dəstəkləyib. Bundan əlavə, məqalədə bu prosesin Afinanın Avropa İttifaqına (Aİ) üz tutma ehtimalını gücləndirdiyi də irəli sürülüb.
"Vaşinqton Yunanıstanın onun üçün Türkiyə qədər əhəmiyyətli olmadığını sübut etdi. ABŞ bir daha sübut etdi ki, heç bir hökumət, hətta müttəfiqi belə onlara güvənə bilməz" – nəşr yazıb.
"Defensenet" xəbər saytı da oxşar məqalə dərc edib:
"Baydenin "EastMed"dən ayrılması Türkiyənin Şərqi Aralıq dənizindəki yeni zəfəridir. Son vaxtlar Bayden hökuməti çox açıq şəkildə Türkiyəyönlü dönüş nümayiş etdirir"./teleqraf/

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı