"ABŞ Zəngəzur dəhlizi ilə bağlı təxribata əl atsa, üçüncü dünya müharibəsi başlaya bilər"

10 noyabrda imzalanan üçtərəfli bəyanata görə, Zəngəzur dəhlizinə nəzarəti Rusiyanın sərhəd qoşunları həyata keçirməlidir. Bu isə Ermənistanın İranla yeganə sərhədinin Rusiyanın nəzarətinə keçməsi deməkdir. İran və Ermənistan bunu istəmir, Rusiya isə dəhlizə nəzarəti əldən vermək niyyətində deyil. 
Maraqlıdır, ABŞ və Fransanın hərbi yardım göstərdiyi Ermənistan bu mövzuda hansı addımlar ata bilər? Zəngəzur dəhlizinə nəzarətin aqibətini hansı ölkə həll edəcək?
KONKRET.azxəbər verir ki, referans.az-a mövzunu şərh edən politoloq Cümşüd Nağıyev açıqlamasında bildirib ki, Ermənistan 10 noyabr 2020 – ci ildə imzalanan üçtərəfli bəyannəmənin doqquzuncu bəndində Zəngəzurla bağlı məsələyə razılığını ifadə edib.
"Nəzarət Rusiyanın sərhəd qoşunları və Federal Təhlükəsizlik Xidmətinə həvalə edilib. Amma, Paşinyanın siyasi cəhətdən mühəndisləri ABŞ və Fransadan gəldiyinə görə Paşinyanı digər bir yola yönəldirlər. Məqsəd bundan ibarətdir ki, bu yolla Qafqaza daxil olsunlar. İran da təəssüf ki, Fransa və Amerikanın tərəfindən çıxış edir. Bu gözlə görüləsi vəziyyətdədir. Paşinyan siyasətçi deyil. Gah Rusiyanın yanına gedir, gah Fransanın, gah ABŞ-ın. Hər dəfə də bir şey sayıqlayır".
Politoloq bildirib ki, tez – tez yer dəyişdirən Nikol Paşinyan sonda yenə də Putinin yanında bərqərar olacaq, buna məcburdur. Çünki 2044-cü ilə qədər,  hələ 20 il də rus qoşunlarının Ermənistan ərazisində qalması ilə bağlı beynəlxalq müqaviləsi var:"Beynəlxalq hüquqa görə hər hansı müqavilədən imtina etmək istəyirsənsə. altı ay qabaq məlumat verməlisən. Ermənilər ssenari hazırlayıblar ki, guya Rusiya Ermənistanda dövlət çevrilişi hazırlayır. Bunu eləmək üçün Rusiyanın çevriliş hazırlamasına gərək yoxdur. Rusiyanın Ermənistanda qoşunu var, istəsələr nəsə edə bilərlər. Dünyada ədalət deyilən şey yoxdur. Kimin gücü var, dünya onu qəbul edir. Azərbayacanla hesablaşan yox idi. Azərbaycan öz şəhidlərinin, milli birliyinin hesabına torpaqlarımızı aldı və indi ölkəmizi güc kimi qəbul edirlər. Ermənistanı isə qeyri – ciddi ölkə kimi sayırlar. Dünyanın heç bir yerində qalibləri ittiham etmirlər. Hədəfə çatmısansa, fərqi yoxdur ona hansı yolla çatmısan".
Müsahib deyir ki, bütün hallarda Azərbaycan Zəngəzur dəhlizini açacaq, nəzarəti Rusiya deyil, məhz Azərbaycanın özü həyata keçirəcək: "Ermənistan yalnış addım atsa, Azərbaycanın gücü var, cavab verəcək. Ermənistan bunu yadında saxlasın. Zəngəzur dəhlizi ətrafında çaxnaşma yaratmaq istəyən Fransa, Amerika və İrandır. Azərbaycan bu təxribata getməyəcək. Biz qazandıqlarımızı itirə bilmərik, Prezidentimizin çox ağıllı strategiyası var. Amerika hansı dövlətin ərazisinə girib, oradan çox biabırçılıqla çıxıb. ABŞ Ermənistan ərazisinə girsə də belə, ölkəmiz təxribatlara izn verməyəcək".
Cümşüd Nuriyev sonda bildirib ki, ABŞ Zəngəzurla bağlı təxribata əl atsa, bu üçüncü dünya müharibəsinin başlaması deməkdir. Azərbaycan ərazisini Gücrüctan və Ukraynanın aiqbəti kimi təşkil eləmək istəyirlər. Çox təəssüf ki, ölkəmizin daxilində və xaricində belə qüvvələr var. Amma, bu baş tutmayacaq.

Siyasi       Tarix: 19 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimi

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi


yeni xeberler azerbaycan xeberleri son xeberler gunun xeberleri maliyye xeberler bugun xeberler bu qun maşın realiti şou