Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirildi - FOTOLAR
Abşeron rayonunda vətəndaş müraciətlərinin yerində və operativ həlli ilə əlaqədar növbəti görüşlər keçirilib.
azxeber.com xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, Mehdiabad, Saray, Digah, Məmmədli, Ceyranbatan, Aşağı Güzdək və Qobu qəsəbələrində baş tutan səyyar qəbullarda RİH başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak edib.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsi bitdikdən sonra qısa zaman keçməsinə baxmayaraq keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara qayıdışından, Qarabağda həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışan RİH başçısı bildirmişdir ki, soydaşlarımız uzun müddət həsrətində olduqları öz dədə-baba yurdlarına bundan sonra da mərhələli şəkildə qayıdacaqlar. Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.
Onu da vurğulayaq ki, şəhidlik zirvəsinə ucalmış igidlərimizin və onların əmanətləri olan övladlarının doğum günlərində şəhid ailələri, o cümlədən müalicəsi davam edən Vətən Müharibəsi qaziləri RİH başçısı Abdin Fərzəliyev tərəfindən davamlı olaraq ziyarət olunur.
Qeyd edək ki, şəhid ailələri və müharibəsi iştirakçıları qəbul günlərindən asılı olmayaraq növbədənkənar istənilən vaxtda RİH rəhbərliyi ilə görüşmək imkanına malikdir və gündəlik keçirilən görüşlər zamanı onların qayğıları ilə bağlı dərhal tədbirlər görülür.
Bütün keçirilən görüşlərdə ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyi vurğulanmışdır. Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.















Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi