Abşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLAR

Abşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLARAzərbaycanın ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı və rəhbərliyi ilə döyüşlərə qatılan və qələbəmizlə nəticələnən 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş Nəcəfov Şamil Rəfi oğlunun 25-ci doğum günü qeyd edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhidin ailə üzvləri və qəsəbə ictimaiyyəti ilə birgə şəhidimizin rayonun Saray qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilmiş, Xiyabanda dəfn olunan digər şəhid olmuş igid Vətən oğullarıının da unudulmaz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Şəhidimizin döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılaraq bildirilmişdir ki, Şamil Nəcəfov 1997-ci il yanvarın 4-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, vətənpərvər və milli təəssübkeş ruhunda tərbiyə olunmuş, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı silaha sarılaraq vətənin keşiyinə qalxmışdır. Kəlbəcər istiqamətində gedən döyüşlərə qatılan igidimizin verdiyi dəqiq koordinatlarla düşmən mövqelərini və canlı qüvvələrini darmadağın edilmişdir. Şamil Nəcəfov oktyab ayının 1-də Murov istiqamətindəki qanlı döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlarla şəhidimizin xidmətləri yüksək qiymətləndirmiş, ölümündən sonra "Vətən uğrunda" medalı və "Hərbi xidmətdə qazandığı uğurlara görə" medallarına laiq görülmüşdür.
Daha sonra şəhidin əvvəllər yaşadığı evə gedən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyi bildirilərək qeyd olunmuşdur ki, bundan sonra da Abşeron rayonunda bu qəbildən olan insanlara daima diqqət yetiriləcəkdir.
Şəhidin ailəsi də hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişlər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev daha sonra şəhid əsgər Kərimov İsmayıl Abbas oğlunun əvvəllər yaşadığı və rayonun Masazır kəndində yerləşən evənə gələrək onun oğlu Əli Kərimovun doğum günündə şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır. Abdin Fərzəliyev ailəyə bundan sonra da diqqət və qayğının daimi olaraq göstəriləcəyini qeyd etmişdir.
Şəhidin ailə üzvləri də hər zaman dövlətin diqqətində olduqlarını, cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Qeyd edək ki, şəhid Kərimov İsmayıl Abbas oğlu cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Abşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLARAbşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLARAbşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLARAbşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLARAbşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLARAbşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLARAbşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLAR

Sosial       Tarix: 05 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər bugün 2026 beynelxalq bank mezenne maşın realiti şou