Abşeronda 4 şəhidin il mərasimi keçirildi - FOTOLAR
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən 4 igid şəhidimizin il mərasimi keçirilib.
Azxeber.com xəbər verir ki, il mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, gəınclər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid əsgər Abbasov Səxavət Rizvan oğlu, əsgər Turabov Rüstəm Fərman oğlu, əsgər İsgəndərov Anar Vahid oğlu və kapitan Xəlilov Ruhin Müzəffər oğlunun həm məzarları ziyarət olunub, həm də onların əvvəllər yaşadıqlara ünvanlara gedilərək ailə üzvləri ilə görüşülüb.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova və millət vəkili Şahin Seyidzadə şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.






Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR