AccessBank agent bankçılıq layihəsinə başlamış ilk yerli bankdır

AccessBank agent bankçılıq layihəsinə başlamış ilk yerli bankdırÖlkədə maliyyə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə AccessBank, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərpoçt-un birgə əməkdaşlığı çərçivəsində agent bankçılıq modelinin tətbiqinə start verilib. Regionlarda maliyyə inklüzivliyinin yüksəldilməsini hədəfləyən layihə Mərkəzi Bankın təşəbbüsü və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) konsultasiya dəstəyi ilə həyata keçirilir.
Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün sözügedən modeldən geniş istifadə edilir.
Qeyd edək ki, agent bankçılıq layihəsi Azərbaycanda ilk dəfədir ki, reallaşdırılır və AccessBank layihəyə başlamış ilk yerli bankdır. Bank ilə Azərpoçt arasında bağlanmış müqaviləyə əsasən, layihəyə Azərpoçt-un ilk olaraq Ağdaş rayonundakı filialı qoşulub. Artıq mart ayından etibarən vətəndaşlar adıçəkilən poçt filialında bank əməliyyatlarını həyata keçirə bilirlər. Layihə cari il ərzində ölkənin digər poçt şəbəkələrini də əhatə edəcək. Bu layihənin reallaşması nəticəsində AccessBank-ın təklif etdiyi qabaqcıl bank məhsulları və xidmətləri müxtəlif regionların sakinləri üçün daha da əlçatan olacaq.
AccessBank Ağdaş rayonunun yerli Azərpoçt filialında müştərilərə mikro və aqro kreditlər, həmçinin istehlak kreditləri və debit kartlarını təklif edir.
AccessBank-ın Pərakəndə Bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev bildirib ki, agent bankçılıq layihəsi regionlardakı əhalinin maliyyə sektoruna marağının artırılması məqsədini güdür:"Agent bankçılıq layihəsinə qatılan ilk bank olaraq, Ağdaş sakinlərinə məhsul və xidmətlərimizi təklif etməkdən məmnunuq. Agent bankçılıq bank xidmətlərini əlçatan etməklə yanaşı, həm də əhali arasında maliyyə savadlılığının artırılmasında mühüm rol oynayacaq. AccessBank-ın əsas strateji hədəfi kiçik və orta sahibkarlığa dəstək olmaqla ölkənin biznes mühitinə töhfə verməkdir. Eyni zamanda pərakəndə sektorunun müştərilərini ilkin tələbatları ilə – istehlak kreditləri və kartlarla təmin etməkdir. Məhz bu səbəbdən agent bankçılıq layihəsi həm Bankımız, həm də Mərkəzi Bank üçün xüsusi önəm daşıyır. Layihənin reallaşdırılması üçün Azərpoçt əməkdaşlarına bankçılıq, bank məhsul və xidmətləri haqqında silsilə təlimlər keçmişik."
IFC-nin Çənubi Qafqaz üzrə Regional Meneceri Ivana Fernandes Duarte layihənin əhəmiyyətini vurğulayıb:"IFC, agent bankçılıq layihəsini xərcləri azaltmaq imkanına görə dəstəkləyir. Çünki bu layihə sayəsində banklar ucqarlarda filial şəbəkəsi açmadan da xidmət göstərə bilirlər".
AccessBank və Azərpoçt arasında əldə olunmuş razılığa əsasən, növbəti mərhələdə agent bankçılıq layihəsinə daha bir neçə region da qoşulacaq.

İqtisadiyyat       Tarix: 16 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 krminal bu gun cəbhədən yeni xəbərlər cəbhədən ən son xəbərlər