AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edirAmerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək.
23 may 2026-cı il tarixində baş tutacaq tədbir iştirakçılara süni intellekt texnologiyalarından istifadə etməklə ideyalarını qısa müddət ərzində real işlək məhsul və prototiplərə çevirmək imkanı yaradacaq. "Building with AI: From Idea to Working Product" iştirakçılar üçün, şəbəkələşmək, yeni əməkdaşlıqlar qurmaq və AI əsaslı inkişafın gələcəyini praktiki şəkildə təcrübədən keçirmək üçün unikal platformadır.
Tədbirə proqram təminatı tərtibatçıları, süni intellekt mühəndisləri, startap komandaları, məhsulyönümlü komandalar, dizaynerlər və texnologiyaya maraq göstərənlər qoşula biləcək. Komandalar ChatGPT, Claude, Cursor, Lovable, Replit, Zapier, API-lər və digər müasir AI platformalarından istifadə edərək innovativ həllər hazırlayacaqlar.
Hakatonda iştirak etmək istəyən şəxslər və komandalar qeydiyyat üçün linkə daxil ola bilər:Building with AI: From İdea to Working Product
Yalnız müsabiqə şərtlərinə uyğun olan iştirakçılarla  mobil nömrə və ya imeyl vasitəsilə əlaqə saxlanılacaq.
Hakaton çərçivəsində iştirakçılar bir gün ərzində ideyadan işlək prototipə qədər olan məhsul inkişaf prosesini həyata keçirəcək, günün sonunda isə hazırladıqları həlləri münsiflər heyətinə təqdim edəcəklər. Tədbir yaradıcılıq, sürətli problem həlli, komanda işi və AI vasitəsilə daha çevik məhsul quruculuğu prinsiplərinə fokuslanacaq.
Tədbirin ümumi mükafat fondu 5 000 AZN təşkil edir:
I yer — 2 500 AZN
II yer — 1 500 AZN
III yer — 1 000 AZN
AccessBank müasir texnologiyaların tətbiqini və innovativ təşəbbüsləri daim dəstəkləyərək rəqəmsal transformasiya və texnoloji ekosistemin inkişafına töhfə verir. Bank innovasiya yönümlü layihələrə dəstək göstərməklə gənc mütəxəssislərin, startapların və texnologiya icmasının inkişafını təşviq etməyi prioritet istiqamətlərdən biri hesab edir. / azxeber.com

İqtisadiyyat       Tarix: 09 may 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az