"AccessBank" Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün 200 min manat ianə edir
Hazırda Azərbaycan xalqı və Milli Ordu ölkənin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır.
Mövcud vəziyyəti nəzərə alaraq "AccessBank" Vətənin bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə zərər çəkmiş şəxslərə yardım məqsədilə ilkin mərhələdə 200 min manat vəsait ayırır. Bu vəsait hərbi hospitallara və cəbhəyani ərazilərdə yaralılara təcili tibbi yardım göstərmək üçün dərman və tibbi ləvazimataların alınmasına xərclənəcək. Vəsaitin bir hissəsinə isə hərbçilərin ilkin ehtiyaclarını ödəmələri üçün mallar alınacaq.
"AccessBank" işğal altında olan torpaqları azad etməyə davam edən Azərbaycan xalqını və ordusunu dəstəkləyir. Bankın rəhbərliyi və kollektivi bütün azərbaycanlıları işğal altında olan ərazilərin azad edilməsi münasibətilə təbrik edir və ölkənin ərazi bütövlüyünün yaxın gələcəkdə tam bərpa olunacağına və hər bir azərbaycanlının öz evinə qayıdacağına inamını bildirir. /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar