"AccessBank" biznes müştərilər üçün "AccessPartner" layihəsinə başlayır
Biznes müştərilərə daha üstün xidmət təklif etmək üçün "AccessBank" yeni - "AccessPartner" layihəsinə start verir. Kampaniya çərçivəsində biznes müştərilərə bank hesabının açılması, çek kitabçasının təqdim olunması, kartlar, POS terminallar, SMS Banking və "MyAccess" xidmətlərinə qoşulma ödənişsiz təklif olunur. Bununla yanaşı, digər bank xidmətləri üzrə kommisiyalarda da güzəştlərin təqdim olunması nəzərdə tutulur. Yeni biznes müştəriləri layihəyə qatılmaqla, həmçinin "Overdraft" məhsulunu və Bank qarantiyasını güzəştli şərtlərlə əldə edə bilərlər.
"AccessPartner" hesablar üzrə illik dövriyyəsi 1 milyon AZN-dən çox olan hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub.
Yeni məhsul standart şərtlərdən fərqlənən müxtəlif kredit məhsullarını təklif edir. Bundan başqa, bu təklif müştərilərə hesablar, əmək haqqı kartları, POS-terminallar üzrə əməliyyatlar üçün xüsusi tariflər, habelə, hesab qalıqlarına faiz hesablamaları təqdim edir.
Biznes müştərilər layihə haqqında ətraflı məlumat əldə etmək kampaniya üçün xüsusi olaraq yaradılmış saytına daxil ola bilərlər.
Layihə 30.11.2020 tarixinədək aktualdır. Noyabr ayının sonunda müraciət edən müştərilər kampaniyadan növbəti 6 ay ərzində də yararlana bilərlər.
"AccessBank" Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar. /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar