"AccessBank" ön ofis üçün yeni proqram təminatına investisiya edir

Hər zaman müştərilərin rahatlığını düşünən və onlara keyfiyyətli xidmət təklif etməyə çalışan "AccessBank" yeni əməliyyat sisteminə - CRM-BPM-ə keçir. Yeni əməliyyat sisteminin həm bank əməkdaşları, həm də müştəriləri üçün böyük üstünlükləri var.
Yeni ön ofis sisteminin əsas üstünlükləri, müştərilərə göstərilən xidmət müddətinin minimallaşdırılması və proseslərin avtomatlaşdırılmasıdır. Bu isə öz növbəsində müştərilərə daha keyfiyyətli xidmət göstərməyə imkan yaradır.
"AccessBank" yaxın gələcəkdə bütün müştəri və filial proseslərini CRM-ə keçirməyi planlaşdırır. Artıq 3 əsas proses CRM-də tətbiq edilib və filiallara təhvil verilib. Bu proseslərdən biri kreditin verilməsidir. Yeni sistemdə bütün proses ortalama 12 dəqiqə vaxt alır.
Bu sistemin Mərkəzləşdirilmiş Kredit Reyestri, Asan Maliyyə kimi xarici sistemlərə avtomatik inteqrasiyası, həmçinin müştərinin kredit ödənişi qabiliyyətinin avtomatik hesablanması, prosesi daha da səmərəli edir. Bu isə daha sürətli xidmət və müştərilərin vaxtına qənaət etmək deməkdir.
CRM-BPM sisteminə keçirilən ikinci proses isə ödəniş kartlarının sifarişidir. Artıq bu xidmət üzrə sərf edilən müddət 3 dəfə azalıb.
"AccessBank"ın bu proses çərçivəsində son məqsədləri prosesin icra vaxtını azaltmaq, müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmaq və mümkün əməliyyat risklərini minimuma endirməkdir.
CRM-BPM sisteminin tətbiq edildiyi digər sahə isə Əlaqə Mərkəzidir. Zəngi qəbul etməzdən əvvəl müştərilərin identifikasiyasi və profilinin bank nümayəndəsinə təqdim edilməsi, həmçinin satışlara və istəklərə uyğun lidlərin yaradılması və digər yeni funksiyalar s. bankla müştəri arasında əlaqəni daha da gücləndirir.
"AccessBank"ın Pərakəndə Bankçılıq üzrə İcraçı Direktoru İlkin Quliyev bildirib ki, CRM-BPM sistemi sayəsində Bank, müştərilərinə daha keyfiyyətli xidmət göstərə biləcək: "Yeni proqram təminatı Bankımızın təsdiq edilmiş strategiyasına uyğun olaraq inkişaf etdirilir və özündə 3 əsas yanaşmanı birləşdirir: müştəri məmnunluğunu, proseslərin effektiv idarə edilməsini və təbii ki, biznesin inkişafını. CRM-BPM sisteminin imkanlarını inkişaf etdirmək, bütün filial məhsul proseslərini, həmçinin müştəri sorğularının idarə edilməsi proseslərini yeni sistemə keçirtməyi planlaşdırıq. Yaxın gələcəkdə yeni CRM sistemi skriptlər və analitik informasiyaya əsasən, bank işçilərinə müştərilərin ehtiyaclarını analiz etməyə və nəticələrə əsasən daha çox ehtiyac duyulan məhsulları təklif etməyə imkan verəcək."

İqtisadiyyat       Tarix: 30 iyul 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler cəbhədən son məlumatlar xeber az cəbhədən son dəqiqə