Adam həyat yoldaşı ilə belə foto paylaşmaz, sil bunu' - FOTOLAR
"Qalatasaray"ın qapıçısı Fernando Muslera üçüncü dəfə ata olub.
azxeber.com xarici mediaya istinadən xəbər verir ki, "Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Muslera yenidən ata olub.
Muslera və Patrisiya Kalero üçüncü övladına Dominik adını veriblər.
Muslera sevincini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Həmçinin o, övladının doğum tarixinin onun doğum gününə təsadüf etdiyini bildirib:"Bu doğum günümə həyatın mənə verə biləcəyi ən yaxşı şeylə başladım. Dominik, həyatımıza xoş gəlmisən. Birlikdə keçirdiyimiz hər an və sahib olduğumuz gözəl ailə üçün Patrisiyaya təşəkkür edirəm. Mesajlar və xoş əhval-ruhiyyə üçün hamınıza təşəkkür edirəm."
"Qalatasaray" da bu münasibətlə Musleranı təbrik edib:"Musleranı və xanımını təbrik edir, yeni doğulan qızları Dominikə uzun, sağlam və xoşbəxt ömür arzulayırıq".
Musleranın həyat yoldaşı ilə paylaşdığı foto isə Türkiyədə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər açıq-saçıq şəklə görə qapıçını tənqid ediblər: Adam həyat yoldaşı ilə belə şəkil paylaşmaz. səni çox sevirik, ancaq sil bunu" deyə şərhlər yazılıb.
Digər istifadəçilər isə fotonun normal olduğunu və xoşbəxtlik tablosuna bənzətdiklərini yazıblar.
Muslera daha sonra "instagram"da şərh yerini bağlayıb.
Həmin fotonu təqdim edirik:
Ayşən




Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA