"Adamın arvadı olar, sevgili gün keçirmək üçündür" - Nadirdən qalmaqallı sözlər

"Bu gün insanlar çox şeyi başqa cür fikirləşirlər. Son zamanlar  boşanma dəbi düşüb, sanki boşanmaq bir trend olub".
Bu sözləri Yenisabah.az-a müğənni Nadir Qafarzadə deyib.
Son vaxtlar boşanmaların artması ilə bağlı fikirlərini bölüşən sənətçi gənclərin ailəyə qeyri-ciddi yanaşdığını bildirib:
"İndi boşanma da geyim kimi olub, hamı geyindi mən də geyinim, hamı boşandı, mən də boşanım. Bu gün bu mövzu o qədər ucuzlaşıb, o qədər çəkisini itirib ki, bəzi insanlar evlənməyi oyuncağa çeviriblər. Düşünüb-daşınmadan ailə qurmağa hazırlaşırlar. İndi də dəb düşüb: Mənim sevgilim. "Mənim sevgilim" ümumiyyətlə, nə deməkdir? Mən indiyə qədər bu anlayışı başa düşməmişəm. Ya sənin nişanlın, ya həyat yoldaşın olar. Sevgilim sözü, məncə, gün keçirtmək üçün olan məşğuliyyətdir. Mən belə düşünürəm. Ona görə də sevgili anlayışında olan insanlar bir müddət qızla, ya oğlanla oturub-dururlar, sonra guya evlənmək istəyirlər, evlənəndən sonra da elə sevgili olduqları vaxtdakı kimi davam edib, axırda da ayrılırlar".
Onun sözlərinə görə, gənclər evlənib-boşanmağı əyləncəyə çevirib:
"Artıq məsuliyyətsizlik var. Gənclər fikirləşir ki, kimin nəyinə lazım, özüm bilərəm, öz həyatımdır. Boşanmaq üçün maksimum dözmək lazımdır, ayrılmaq üçün ciddi səbəb olmalıdır. Boşanırlar, sonra da deyirlər "Xasiyyəti xoşuma gəlmədi". Uşaq da arada qalır. Sizin 5-6 günlük kefinizə, əyləncənizə görə iki, üç insanın həyatlı məhv olur, bunu düşünmürsünüz? Burada valideyn məsuliyyətsizliyi var. Əvvəllər hər bir evdə ağsaqqal, ağbirçək olardı. Məsələləri onlar çözərdi. İndi ağsaqqalı, ağbirçəyi sayan da yoxdur. O üzdən də hər şey cılızlaşıb. Təbii ki, yaxşı qızlarımız, yaxşı ailələrimiz də var, amma hər şey adiləşib. Evlənmək bilirsiz nəyə çevrilib? Getdim bazara, ət aldım, bəyənmədim, verdim itlərə. Evlənmək də eyni belə bir şeyə çevrilib, gedərəm, bu yaxşı olmaz, boşanaram, başqasına gedərəm deyə düşünürlər. Məsuliyyət lazımdır, hər bir addımda götür-qoy etmək lazımdır. Mənim də yaşım az deyil, 51 yaşım var, görüb-keçirmiş insanam. Mən müasir insanam, geridə qalmamışam. Bəziləri üçün boşanmaq müasirlikdir, amma belə deyil. Mən bunu istəməzdim, xoşbəxt, sağlam ailə görəndə çox sevinirəm".

Şou Biznes       Tarix: 19 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun sou xeberler hava durumu sonxabar