ADY: Ələt azad iqtisadi zonasının yaradılması yükdaşımaları artıracaq

ADY: Ələt azad iqtisadi zonasının yaradılması yükdaşımaları artıracaqƏlət azad iqtisadi zonasının (Azad Zona) yaradılması dəmir yolu ilə yükdaşımaların inkişafına müsbət təsir edəcək.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən Trend-ə bildirilib ki, ADY-nin törəmə şirkətləri olan "ADY Express" MMC və "ADY Konteyner" MMC -nin mütəxəssislərinin fikrincə, Ələt qəsəbəsində yaradılacaq Azad Zona Bakı-Tbilisi-Qars dəmir yolunu bir qədər də cəlbedici edir.
Azad Zona Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərəcəkdir. Yaxın gələcəkdə Azad Zona Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaqdır. Beləliklə, yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir.
"Son illər ərzində Çindən Avropa istiqamətində artan yükdaşımaların mühüm hissəsi Qazaxıstan dəmir yolları vasitəsi ilə həyata keçirilir. Mərkəzi Asiya və Əfqanıstandan Avropa istiqamətində olan nəqliyyat marşrutu isə Türkmənistandan keçir. Qazaxıstan və Türkmənistan son illər ərzində iri infrastruktur layihələri həyata keçiriblər. Regionda həcmi artan yüklərin bir qismi Qazaxıstanda yeni inşa edilən Kurık və yenidən qurulan Aktau limanlarından, digər hissəsi isə Türkmənistanın yenilənmiş Türkmənbaşı limanından bərələr və fider gəmiləri vasitəsi ilə yeni Bakı limanına çatdırılacaq və daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Avropaya nəql ediləcək" - deyə, "ADY Express" MMC və "ADY Konteyner" MMC-dən bildiriblər.
Qeyd edilib ki, Türkiyə tərəfindən Bosfor boğazında dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi də Bakı-Tbilisi-Qars dəmir yolunun və Azad Zonanın əhəmiyyətini artırır. Bununla da, yüklərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçirməklə Avropa və Asiyaya çatdırılması təmin olunacaq.
Ələt azad iqtisadi zonasının fəaliyyəti Çin, Hindistan, İran, Rusiya və Mərkəzi Asiya regionu ilə Türkiyə və Qərb dövlətləri arasında ticarətin inkişafında və daha da sürətləndirilməsində böyük rol oynayacaq.
Qeyd edək ki, 22 may 2020-ci il tarixində Prezident İlham Əliyev "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Fərman imzalayıb. Fərmana əsasən, Azad Zona və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 13 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər maşın realiti şou kriminal bugun cəbhədən son xəbərlər