ADY: Sabah Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv ediləcək
Bakı–Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 8 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.
"Azərbaycan Dəmir Yolları"ndan azxeber.com-a verilən məlumata görə, saat 07:20-də Bakı–Xırdalan–Sumqayıt, 08:10-da Bakı–Xırdalan, 08:40-da Xırdalan–Bakı qatarı, saat 06:25-də Bakı–Pirşağı–Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt–Xırdalan–Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı–Xırdalan, 18:10-da Bakı–Xırdalan–Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt–Xırdalan–Bakı, 18:20-də Xırdalan–Bakı, 19:27-də Sumqayıt–Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Pirşağı–Bakı (ekspres) reysləri ləğv edilir.
"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda vurğulanıb.

Mixalkov Azərbaycana qarşı: Qusmanı "beşinci kolon" elan etdi
Şəhid atası vəfat etdi - Fotolar
Ukrayna müharibənin başlanğıcından bəri ən güclü mövqeyindədir
İlham Əliyev Maldiv prezidentinə məktub ünvanladı
"Çirkin"in aktyoru nişanlandı - Foto
Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv etdi
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
Türkiyədə hakim partiyanın yerli təşkilat rəhbəri qohumları ilə birlikdə güllələnərək öldürülüb
Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO
7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?
İsveç MI6 modelinə bənzər yeni xarici kəşfiyyat xidməti yaradacaq
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək
Cəlilabadda ev tamamilə yandı