Afaq Bəşirqızı: "Məni təhqir etməklə çörək qazanırlar
Afaq Bəşirqızı: "Məni təhqir etməklə çörək qazanırlar"
"Bu xalq onda bədbəxt olur ki, onun mədəniyyətinə və mədəniyyət xadimlərinə soyuq münasibət bəslənilir. Tünzalə Əliyevanın övladına dəstək olmaq üçün fond yaradılması ilə bağlı xalqa yox, incəsənət xadimlərinə müraciət etdim".
Bu sözləri Lent.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı mərhum aktrisa Tünzalə Əliyevanın qızına yardım olunması ilə bağlı sosial şəbəkə hesabındakı paylaşıma münasibət bildirərkən deyib.
Aktrisa onu da diqqətə çatdırıb ki, fond yaradılması təklifini incəsənət xadimlərinə ünvanlayıb:
"Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifini incəsənət xadimləri üçün demişəm. Bunun xalqa aidiyyəti yoxdur. Vəssalam. Media nümayəndələri elə başlıqlar, elə yazılar yazırlar ki... Fikirlər kontekstdən çıxarılır. Camaat da yazını oxumamış, savadsız kütlə ağzına gələni yazır. Ayıb deyil? Sözüm jurnalistlərədir, yazı yazanda, başlıq qoyanda diqqətli olun. Məni təhqir etməklə çörək qazanırlarsa, o çörək zəhər olsun!"
Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə əlaqədar olaraq mərhum aktrisa Tünzalə Əliyevanın vida və dəfn mərasiminə qatılmamışdı. / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR