Afət Fərmanqızı: "Vasif əsl kişidir
Xəbər verdiyimiz kimi, Əməkdar artist Vasif Məhərrəmli verilişlərin birində ilk həyat yoldaşını və bətnindəki övladını xatırlayaraq efirdə ağlayıb.
azxeber.com oxu.az-a istinadən xəbər verir ki, sözügedən hadisədən sonra sosial şəbəkələrdə Məhərrəmli haqqında xoşagəlməz şərhlər yazılıb. Paylaşımın altına şərh yazan sosial şəbəkə istifadəçiləri Vasif Məhərrəmlinin ilk həyat yoldaşını döyərək öldürdüyünü iddia ediblər və "Arvadını döyüb öldürən elə bil bu deyildi. Həyətdə güclə alırdılar əlindən", "Deyilənə görə, özləri döyüblər, ölüb, qonşuları danışırdı, həyətdə hamı görüb", "Özləri döyüb hamilə-hamilə, çoxlu qan itirdiyindən ölüb" və s. kimi şərhlər yazıblar.
Mövzu ilə bağlı saytlar müğənni ilə əlaqə saxlamağa çalışsa da, o, nə bizim, nə də digər həmkarlarımızın zənginə cavab verib.
Bu səbəbdən Vasif Məhərrəmlini uzun illərdir tanıyan və yaxın dostu olan müğənni Afət Fərmanqızı oxu.az-a açıqlama verib.
Afət Vasifi 20 ildir tanıdığını və onun əsl Azərbaycan kişisi olduğunu vurğulayıb:
"Məclislərin birində Vasif rəhmətə gedən həyat yoldaşı ilə birlikdə gəlmişdi. Məclisdə deyib gülə-gülə, şən ailə kimi iştirak etməkləri gözümün önünə gəlir. Elə həmin məclisdən bir neçə ay sonra eşitdim ki, həyat yoldaşı rəhmətə gedib. Allahın qisməti.
Mən inanmıram ki, kimsə həqiqətən Vasif Məhərrəmli haqqında o cür yazı yazsın. O yazanlar sifarişlə yazır. Mənbəyini mən təxmin edirəm. Diqqət etsək görərik ki, Vasif indiyə kimi belə xəbərlərlə gündəmə gəlmirdi. Son iki aydır ona qarşı xəbərlər yayırlar. Mən səbəbini yaxşı bilirəm.
Mən o vaxtlar kasıb, fağır, rayondan təzə gələn, tez aldanmağa meyilli biri idim. Çox sevinirəm ki, mənim qarşıma Vasif Məhərrəmli kimi biri çıxdı və mən o ansambl ilə əməkdaşlıq etdim. O, ilk dəfə "Bakılı qız" mahnısı ilə məşhurlaşanda mən onun ansamblında çıxış edirdim.
Bəzən sənətə təzə gələn qızların əlacı olmadığı üçün, populyar deyil deyə, baha qiymətə toylara dəvət olunmadığı üçün kişi müğənnidən asılı olur. Həmin kişi müğənnilər yeni başlayan müğənni qızlara başqa niyyətlə yanaşır, sevgi münasibətində olmağı təklif edir. Mən bunu qorxmadan, çəkinmədən deyirəm. Nə qədər də belə adam tanıyıram. Vasif Məhərrəmli isə elə insanlardan fərqli olaraq mənə layiq olmadığım qədər çox qonorar verirdi və məni yüksəldirdi. Heç bir pis niyyət güdmədən. Mən də özümə görə gözəl-göyçək xanım idim. Ətrafda baş verənləri də görürdük, kim kimin qız oxuyanıdır, kim kimə hansı gözlə baxdı və s.
Mənim bugünkü gün sözü üzə deməyim, alnıaçıqlığımın səbəbi Vasif Məhərrəmlidir".

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA