Ağadadaş Ağayev: "Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq

Ağadadaş Ağayev: Xalq artisti Ağadadaş Ağayevin erməni müğənnisi Armen Aloyan tərəfindən "Dodağına gülüş qonub" və "Sevirəm de" mahnıları oğurlanıb.
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Bizim.media-nın əməkdaşı sənətkarla əlaqə saxlayıb.
A.Ağayev "Sevirəm de" nəğməsi ilə bağlı 41 il əvvəl başına gələn hadisədən də söz açıb:
"Sevirəm de" mahnısını sovet dövründə, yəni 1983-cü ildə ifa etmişdim. Bu ərəfədə isə mənim yeni kasetim çıxmışdı. O zaman heç mən evli də deyildim. O mahnıya görə bir erməni polis formasında yaşadığım Çapayev küçəsindəki evimə gəldi. Qapını döydü və dedi ki, sizinlə söhbət etməliyəm. Onunla keçdik mətbəxə. O, çantasından bir "Yerevan" konyakı və şokoladlar çıxardı. Həmin erməni polis soyuducunun qapısını açıb gətirdiklərini ora qoydu. Söylədi ki, siz mənə güvənin. Sizi vətəndaşlığa götürək, sizə erməni pasportu hazırlayaq və Ermənistanın girişində sizə bir heykəl ucaldaq.
Ona sual verdim ki, "Siz polissiniz və sizin bu söhbətlərə nə aidiyyətiniz var?" O isə cavabında mənə - "Düşək qapıya, avtomobilimə əyləşək. Görəcəksən ki, orada sənin kasetindən başqa kaset yoxdur. Mən ancaq sənin mahnılarını dinləyirəm. Bu isə tək məndə yox, bütün Ermənistanda belədir. Mən isə sənin yanına elə-belə gəlməmişəm". Elə oldu ki, birlikdə qapıya düşüb avtomobilə əyləşdik. Bir-bir kasetləri oxutdurdu. Və gördüm ki, hamısında mənim mahnılarım və səsimdir.
O zaman güclü qar yağırdı. Bunun isə üstündə silah vardı və özü də yekəpər birisi idi. Dedim ki, mən bu barədə məsləhətləşib sənə sabah xəbər edərəm. Elə oldu ki, kinofilmdə işləyən Xanbala adlı dostuma zəng etdim, dedim ki, yığ dostlarını, bu erməni polisini yaxşıca əzişdirək... Xanbala çox emosional və vətənpərvər insandır. İnanın, içim dağılırdı bunun mənə o təklifindən, amma büruzə verməməyə çalışırdım.
Səhər mən bu həmin erməni ilə görüşməli idim. Dostlarımla görüş yerinə gəlsək də, erməni ora gəlmədi. Düşünmüşdü ki, ora gəlsə, sağ-salamat çıxmayacaq".
Qeyd edək ki, Ağadadaş Ağayev açıqlamasında bildirib ki, yaxın zamanda 100-dən çox mahnısı üzərində hüquqlarını qorumaq üçün onları Əqli Mülkiyyət Agentliyinə təqdim edəcək.

Şou Biznes       Tarix: 20 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun valyuta mezennesi ensonxeberler xəbər az