Ağarmış saçları yenidən təbii rənginə qaytaran möcüzəvi və çox asan üsullar - FOTO

Ağarmış saçları yenidən təbii rənginə qaytaran möcüzəvi və çox asan üsullar - FOTOAğarmış saçları yenidən təbii rənginə qaytaran möcüzəvi və çox asan üsullar - FOTO
Saçlarımız bir çox səbəblərdən, o cümlədən stress, yanlış qulluq vasitələrindən istifadə, yaşın ötməsi və s. səbəblərə görə ağara bilər. Bu, bəzi insanlarda kompleks və müəyyən narahatlıqlar yaradır.
Ancaq xarici amillərin təsirindən ağarmış saçları təbii rənginə qaytarmağın bəzi təbii üsulları da var.
Onları təqdim edirik:
Sarımsaq müalicəsi
Ağarmış saçları yenidən təbii rənginə qaytaran möcüzəvi və çox asan üsullar - FOTOBu üsuldan istifadə etmək üçün beş diş sarımsaq və bir soğanı qabıqlarından ayırıb blenderlə əzin. Sonra qarışığa bir yumurta sarısı və bir xörək qaşığı zeytun yağı əlavə edin. Qarışıq pasta konsistensiyasına çatana qədər qarışdırmağa davam edin. Daha sonra qarışığı quru saçlarınıza çəkin. Bir saat gözlədikdən sonra saçınızı yuyun. Bu üsulu ayda iki dəfə təkrarlaya bilərsiniz.
Qoz qabığı üsulu
Ağarmış saçları yenidən təbii rənginə qaytaran möcüzəvi və çox asan üsullar - FOTOQoz qabığı qidalandırıcı quruluşu ilə saçlarınızı təbii rənginə qaytarmağa kömək edir. Bu üsulla saçlarınızı qidalandırmaq üçün iki stəkan suda üç ədəd qozun qabığını qaynadın. Qaynar sudan qabıqları çıxarın və suya yarım stəkan zeytun yağı əlavə edin. Sonra qarışıma bir çay qaşığı quru maya əlavə edin, saçınıza çəkin və iki saat saçınızda saxlayın. Bu üsulu ayda bir dəfə təkrarlaya bilərsiniz.
Qara çörəkotu
Ağarmış saçları yenidən təbii rənginə qaytaran möcüzəvi və çox asan üsullar - FOTOÇörəkotu tərkibindəki sağlam yağla saçlarınızı qoruyacaq. Bu üsul digər üsullardan bir qədər fərqli inkişaf edir. Əvvəlcə bir çay qaşığı çörəkotu toxumunu əzib toz halına salın. Sonra tozları bir kasa qatığa töküb qarışdırın. Qarışığı yeddi gün ərzində hər səhər müntəzəm olaraq istehlak edin. Bu müalicə mədə xəstəliklərini də aradan qaldırır.
Sarıkök
Ağarmış saçları yenidən təbii rənginə qaytaran möcüzəvi və çox asan üsullar - FOTOSarıkökdə olan sağlam komponentlər saçın təbii rəngini uzun müddət saxlamağa kömək edir. Bu üsulla saçları təbii rənginə qaytarmaq üçün iki stəkan su, bir xörək qaşığı çobanyastığı və dörd xörək qaşığı sarıkök tozunu qarışdırın. Sonra bütün maddələrin qarışığını dəmləyin. Süzüldükdən sonra duş qəbul edib saçınızı yaxalamaq üçün həmin sudan istifadə edin. Bu üsulu ayda iki dəfə sınaya bilərsiniz.
Mənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 09 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri