Ağdam: Tarixi irsin, zəfərin və Böyük Qayıdışın rəmzi

Ağdam: Tarixi irsin, zəfərin və Böyük Qayıdışın rəmzi20noyabr – Ağdam şəhəri günü işğaldan azad olunmuş Azərbaycan torpaqlarının dirçəlişi,milli qürur və zəfər əzminin təcəssümüdür. Azərbaycan RespublikasınınPrezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Dağılmış Ağdam şəhərierməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik… Heç kimdə buhaqda şübhə olmasın" fikri bu tarixi torpağın taleyinə dair dövlət iradəsinin ənyüksək səviyyədə ifadəsidir. Bu gün Ağdam artıq təkcə dağıntılar yox, həm dəquruculuq, yenilənmə və tarixi ədalətin bərpası simvoludur.
"Ağdam" toponimi qədim türk dilindən qaynaqlanaraq"kiçik qala" anlamını verir. Buərazi minilliklər boyunca türkdilli tayfaların məskəni olmuş, onların müdafiə məqsədiilə inşa etdikləri kiçik qalalar bölgənin adlandırılmasında mühüm roloynamışdır. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xan burada ağ daşdansaray-imarət tikdirməklə Ağdamı regionun mühüm siyasi və memarlıq mərkəzinəçevirmişdir. Bu imarətin günəş şüaları altında işıqlı görüntüsü şəhərin "Ağ ev,işıqlı məkan" mənasını daha da gücləndirmişdir.
Ağdamyalnız siyasi və təsərrüfat həyatı ilə deyil, həm də arxeoloji zənginliyi iləseçilir. XX əsrin ortalarından aparılmış qazıntılar Üzərriktəpə və digər ərazilərdəEneolit dövrünə aid yaşayış məskənlərinin mövcudluğunu üzə çıxarmışdır. Buradatapılan əkinçilik nümunələri, üzüm və taxıl dənələri əhalinin oturaq həyatsürdüyünü, yüksək əkinçilik mədəniyyətinə malik olduğunu təsdiq edir. Qafqazınilk şəhər tipli məskənlərindən birinin məhz Ağdam ərazisində yerləşməsi budiyarın qədim sivilizasiya mərkəzlərindən biri olduğunu sübut edir.
1930-cu ildə yaradılmış Ağdam rayonu 1094 kvadratkilometr əraziyə malik olub Qarabağın mərkəzini təşkil edirdi. Kür–Araz ovalığının qərbində, Qarabağ dağsilsiləsinin şimal-şərq ətəklərində yerləşməsi rayonu həm strateji, həm dəiqtisadi baxımdan mühüm məkana çevirirdi. XX əsrin sonlarınadək Ağdam Azərbaycanınsənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil mərkəzlərindən biri kimitanınmış, xüsusən də kənd təsərrüfatı və çörəkçilik sahəsində böyük şöhrətqazanmışdır. Dünyada yeganə Çörək Muzeyinin məhz Ağdamda fəaliyyət göstərməsibu şəhərin unikal mədəni simasını formalaşdırırdı.
1993-cü il 23 iyul tarixində Ağdamın 73 faizininişğalı Azərbaycan tarixinin ən faciəli hadisələrindən biridir. 128 min insan özdoğma yurd-yuvasından didərgin düşmüş, ərazidəki 90 kənd talan edilmişdir. 6mindən çox şəhidin qanı bu torpağa tökülmüş, minlərlə mülki şəxs yaralanmışdır.
İşğal nəticəsində: 38 kolxoz və çoxsaylı sənaye müəssisələri,74 məktəb, 271 mədəniyyət ocağı, Çörək Muzeyi, yüzlərlə tarixi abidə və məscidlərtamamilə dağıdılmış, talan edilmişdir.
Ermənistan Cenevrə Konvensiyalarının tələblərini kobudşəkildə pozaraq coğrafi adları dəyişdirmiş, mülki obyektləri yandırmış, mədəniirsi məqsədli vandalizmə məruz qoymuşdur. Bu əməllər müharibə cinayətləriolmaqla yanaşı, bölgədə etnik təmizləmə siyasətinin bariz nümunəsidir. BMT TəhlükəsizlikŞurasının 853 saylı qətnaməsi Ağdam da daxil olmaqla işğal olunmuş bütün ərazilərdənerməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də,Ermənistan uzun illər bu tələblərə məhəl qoymamışdır.
44 günlük Vətən müharibəsində qazanılmış Qələbə nəticəsindəimzalanmış 10 noyabr 2020-ci il Bəyanatı Ağdamın işğaldan dinc yolla azad edilməsinitəmin etdi. 20 noyabr 2020-ci ildə şəhər Azərbaycana təhvil verildi və bununlayüzlərlə hərbçinin və mülki şəxsin həyatının xilas edilməsi mümkün oldu. Ağdamınazadlığı Azərbaycan dövlətinin gücünü, ordumuzun müzəffərliyini və Prezident cənabİlham Əliyevin qətiyyətli siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.
Qələbənin əbədiləşdirilməsi məqsədilə 26 noyabr2020-ci ildə "Ağdamın azad olunmasına görə" medalı təsis edilmiş, 5.790 hərbiqulluqçu bu medalla təltif olunmuşdur.
Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü iltarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsisedilməsi böyük dövlətçilik əhəmiyyətinə malik qərardır. Bu çərçivədə 20 noyabrAğdam şəhəri günü elan olunmuşdur. Bu, təkcə tarixi hadisənin xatırladılmasıdeyil, həm də bölgənin dirçəlişi uğrunda görülən işlərin gələcək nəsillərəçatdırılması baxımından mühüm addımdır.
İşğaldan sonra Ağdam tamamilə yerlə-yeksan edilmiş şəhərtəsiri bağışlayırdı. Beynəlxalq ekspertlər və jurnalistlər buranı "QafqazınXirosiması" adlandırırdılar. Lakin bu gün həmin xarabalıqların yerində yeni,müasir, ağıllı şəhər konsepsiyasına əsaslanan Ağdam qurulur. Dövlətimizin həyatakeçirdiyi genişmiqyaslı bərpa-quruculuq tədbirləri bu diyarın əvvəlki şöhrətinəqovuşacağına inamı artırır.
Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli Qərarıilə təsdiq edilən "Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı" işğaldan azadedilmiş ərazilərin yenidən qurulmasında strateji yol xəritəsidir. Bu planişğaldan azad edilmiş rayonlar içində ilk təsdiq edilən sənəd olmaqla, Ağdamıngələcək inkişaf perspektivlərini müəyyənləşdirir:
Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq;burada 100 min nəfərin yaşayışı nəzərdə tutulur; müasir yaşayış məhəllələri,sosial infrastruktur, nəqliyyat şəbəkələri, parklar, sənaye və kənd təsərrüfatızonaları yaradılır; "Böyük Qayıdış" çərçivəsində kəndlərin bərpası, yolların çəkilişi,su, enerji və rabitə xətlərinin yenilənməsi sürətlə davam edir.
Artıq yüzlərlə ailə öz doğma evlərinə qayıtmış, minlərləinsan Ağdamda yeni həyata başlamışdır. 2021-ci ildə Prezident cənab İlhamƏliyevin Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı işğaldan azad edilmiş əraziləriniqtisadi inkişafında mühüm rola malikdir. 190 hektar ərazini əhatə edən park:28 rezident və 4 qeyri-rezident şirkətə malikdir, 260 milyon manatdan çoxinvestisiya cəlb etmişdir, 9 müəssisə fəaliyyət göstərir, 938 nəfər daimi işlətəmin olunmuşdur. Bu park Qarabağın sənaye potensialının inkişafında stratejilayihə kimi çıxış edir.
2025-ci ilin may ayında açılan Ağdam Dəmir Yolu vəAvtovağzal Kompleksi bölgənin nəqliyyat sisteminin əsas qovşağıdır. 8 hektar ərazidəinşa edilmiş kompleks: gündəlik 800–1000 nəfər dəmir yolu sərnişininə,1300–1500 nəfər avtovağzal sərnişininə xidmət göstərə biləcək texniki imkanlaramalikdir. Azərbaycanda ilk qapalı dəmir yolu platformasının məhz Ağdamda inşaedilməsi şəhərin strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Muğamın beşiyi olan Qarabağda bu sənətin bərpasınaxüsusi diqqət yetirilir. 2025-ci ildə açılan Ağdam Muğam Mərkəzi: 474 yerlikkonsert zalı, 15 dərs otağı, sərgi və iclas zalları, 615 nəfərlik açıqamfiteatrı  ilə Qarabağın musiqi mədəniyyətinininkişafında yeni mərhələnin əsasını qoyur.
Ağdamın azad edilməsindən sonra cənab İlham Əliyevinrayona 2020–2025-ci illərdə həyata keçirdiyi çoxsaylı səfərlər bərpa prosesinəgüclü siyasi dəstək vermiş, onlarca infrastruktur layihəsinin təməlqoymasına vəaçılışına səbəb olmuşdur. Busəfərlər Ağdamın dirçəlişinə dövlət səviyyəsində verilən diqqəti aydın şəkildəgöstərir.
Ağdamıntarixi taleyi Azərbaycan xalqının milli yaddaşında həm ağrılı səhifə, həm dəmisilsiz qələbə rəmzidir. Bu gün Ağdam işğalın izlərini silərək yenidən dirçəlir,iqtisadi, sosial, mədəni potensialını bərpa edir, müasir şəhər modelinəçevrilir. Prezident cənabİlham Əliyevin qətiyyətli siyasi iradəsi, dövlətimizin gücü və xalqımızınbirliyi nəticəsində Ağdamın əvvəlki şöhrəti bərpa olunmaqla yanaşı, daha damöhtəşəm gələcək formalaşdırılır.
20 noyabr – Ağdam şəhəri günü bu dirçəlişin, BöyükQayıdışın və tarixi ədalətin təntənəsini ifadə edən xüsusi tarixi gündür. Bugün müasir Ağdam artıq qayıdışın deyil, həm də inkişafın, yenilənmənin, milliiradənin rəmzidir.
Akif Rəfiyev,
Qarabağ müharibəsi veteranı, Ədliyyəgeneral-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədirayon Ağsaqqallar Şurasının sədri / azxeber.com

Siyasi       Tarix: 19 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun en sonxeber kriminal son xeber.az