Agent bankçılıq Qəbələdə fəaliyyətə başlayır

Agent bankçılıq Qəbələdə fəaliyyətə başlayırVətəndaşların maliyyə xidmətlərinə əlçatanlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, "AccessBank" QSC və "Azərpoçt" MMC-nin birgə layihəsi olan "agent bankçılıq" may ayından etibarən Qəbələ sakinlərinə də xidmət göstərir. Vətəndaşlar Qəbələ şəhəri, Həzi Aslanov 39 ünvanında yerləşən "Azərpoçt" MMC filialında "AccessBank" QSC-in təqdim etdiyi maliyyə xidmətlərindən istifadə edə bilərlər.
Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilən layihə modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən "Azərpoçt" filialında başlanılıb. Artıq mart ayından etibarən şəhər sakinləri Bəkir Nəbiyev küçəsi-15/4 ünvanında yerləşən poçt filialında bank xidmətlərindən yararlanırlar.
Tələbata əsasən, adı çəkilən regionlarda "Azərpoçt" MMC filialında müştərilərə mikro və aqro kreditlər, həmçinin istehlak kreditləri və debit kartlarını təklif olunur.
"Agent bankçılıq" modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı aşağı olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün sözügedən modeldən geniş istifadə edilir.
"Azərpoçt" MMC və "AccessBank" QSC arasında əldə olunmuş razılığa əsasən, növbəti mərhələdə "agent bankçılıq" layihəsinə Masallı və Zərdab rayonları qoşulacaq.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin  saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

İqtisadiyyat       Tarix: 17 may 2022
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR

Dövlət bankı Azər Türk Bank (ATB) və ölkənin nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi (BANM) arasında Anlaşma Memorandumu imzalanıb. xəbər verir ki, qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edə

"Kristal"dan ideal fürsət:2 və 3 otaqlı ipotekaya yararlı mənzillər satışdadır

"Kristal"ın şəhərin ənperspektivli ərazilərindən birində reallaşdırdığı prestijli "Highland Residence"layihəsindənmənzil sahibi olmaq istəyənlər üçün yeni fürsət var.Tikintisinin əsas hissəsiartıq tamamlanmı

"Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir" - Ekspert

"Ermənistanda seçkinin nəticəsi Paşinyanın taleyindən daha çox Ermənstanın gələcək istiqaməti və regionun yeni mərhələdə necə formalaşacağı ilə bağlı bir siqnaldır". Bunu -a açıqlamasında iqtisadçı Eldəniz Əmiro

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa Qala Qapısının ətrafında keçirib. Tədbir Azərbaycanın innovasiy

Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək

13–14 iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanın nüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan "RobotChallenge"-in Azərbaycan üzrə ilk yerli mərhələsi keçiriləcək. "RobotChalleng

TuranBank ICD ilə 15 milyon dollarlıq əməkdaşlıq sənədi imzaladı

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sekto

Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır

"2025-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılara

Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir

Rəqəmsal bankçılıqda innovativ addımları ilə seçilən Yelo Bank, müştərilərinə bütün bank hesablarını eyni tətbiqdən nəzarətdə saxlamaq üstünlüyü təklif edir. Açıq Bankçılıq (Open Banking) prinsipləri əsasında ərsəyə gələ

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Təqaüdünü Birbank-dan alanlara şad xəbər var. Ölkənin ilk rəqəmsal bankı təqaüdçü müştəriləri üçün maliyyə xidmətlərinin əlçatanlığını daha da genişləndirib. Yeniliyə əsasən, təqaüdçülərin kredit əldə etmək üçün mümkün ola


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son məlumatlar xəbərlər metbuat xeber.az son xeberler