Agentlikdən sağlamlıq üçün toplanan vəsaitlərlə bağlı - Müraciət

Agentlikdən sağlamlıq üçün toplanan vəsaitlərlə bağlı - Müraciət"Vaxtaşırı müxtəlif xəbər portalları və sosial media vasitəsi ilə əhalidən ayrı-ayrı şəxslərin sağlamlığı ilə bağlı problemlərin həlli məqsədi ilə vəsait toplanılır.
Belə ki, bəzi hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə müraciət etmək və burada icbari tibbi sığortanın qarşıladığı tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququndan istifadə etmək əvəzinə səhhətləri ilə bağlı yaranan problemləri həll etmək üçün maliyyə yardımı toplamağa çalışırlar".
KONKRET.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) verilən məlumatda bildirilib.
"Təəssüf ki, bəzən media mənsubları məsələni araşdırmadan, vətəndaşı tibbi xidmətlərdən istifadə etmək hüququnun olduğu barədə məlumatlandırmadan dəqiqləşdirilməmiş informasiyalar dərc edirlər. Məlumatların onlayn media məkanında tirajlanması cəmiyyətdə çaşqınlıq və cavabdeh qurumların fəaliyyətinə inamsızlıq yaradır.
Media nümayəndələrindən, vətəndaşlarımızdan bu kimi hallarla qarşılaşdıqda məsələnin araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məlumat vermələrini rica edirik. Vətəndaşlar Agentliyin "1542" Çağrı mərkəzi, qurumun rəsmi internet səhifəsi üzərindən "Zəng sifariş et" və "Elektron müraciət" bölmələri, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Daxil olan hər bir müraciətə həssaslıqla yanaşılır və müraciətlər qanunvericiliyə uyğun olaraq cavablandırılır. Müvafiq tibbi xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə vətəndaşa ödənişsiz şəkildə göstərilməsi təmin edilir.
Qeyd edək ki, dəfələrlə qeyd edilən halların araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yardım toplayan şəxslərlə əlaqə saxlanılıb. Tələb olunan tibbi xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz göstərildiyi barədə məlumat verilib, müvafiq tibb müəssisəsində xidmətin təşkili təklif olunub. Bir çox hallarda vətəndaşlar təklif olunan tibbi xidmətdən əsassız olaraq imtina ediblər.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 3315 tibbi xidmət ödənişsiz qarşılanır. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta hesabına aparılır. Həmin xidmətlərin sırasında sümük iliyi, böyrək və qaraciyər transplantasiyası, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, bud-çanaq və diz oynağının endoprotezləşdirilməsi, dirsək və çiyin oynaqlarının total dəyişdirilməsi və s. əməliyyatlar yer alır.
Vətəndaşlar icbari tibbi sığorta ilə tibbi xidmətlərdən ödənişsiz istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilərlər", - məlumatda vurğulanıb.
İcbari tibbi sığorta ilə təminata alınmış xidmətlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Sağlamlıq       Tarix: 26 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər sosial yardim krimnal xeber azerbaycanda son xeberler