Aİ-92 vergidən azad edildi - Benzin ucuzlaşacaq?
Aİ-92 və Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzininin gömrük rüsumunun ləğv edilməsi 1 fevral tarixindən yanacağın qiymətinin ucuzlaşacağı haqda ehtimalların yaranmasına səbəb olub.
KONKRET.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Baş nazirin qərarında "Aİ-95-dən az oktan ədədi benzin" ifadəsinə diqqət çəkib:
"Yəni bu qərarın Aİ-95-ə aidiyyəti yoxdur, müvəqqəti olaraq Azərbaycana idxal edilən Aİ-92 və ya daha çox, həmçinin Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzinin gömrük rüsumu 15%-dən 0%-ə endirilib və Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergisi 1 ton üçün 200 manatdan 1 manata endirilib".
Ekspert bildirib ki, neft emalı zavodunda təmir başladığı üçün Aİ-92 benzininin istehsalı müvəqqəti dayanacaq. Bu zaman isə qıtlıq bahalaşma ola bilərdi. Bunun qarşısını almaq üçün gömrük rüsumu ləğv edilib və aksiz vergisi 1 manata salınıb. Bu qərar isə müvəqqətidir və 1 iyuna qədər (neft emalı zavodunda təmir bitənədək) qüvvədə olacaq.
Qeyd edək ki, Aİ-95 benzini idxal edildiyindən, gömrük rüsumunun ləğv edilməsi halında bu yanacağın qiymətinin ucuzlaşacağı labüddür. Ona görə də ötən gün verilən qərar səbəbindən Aİ-95 yanacağının qiymətinin ucuzlaşacağı haqda ehtimallar sosial şəbəkədə yayılmışdı.

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Xamenei atasının dəfnində iştirak edəcək?
Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik
Bu ölkədə yeni Prezident SEÇİLDİ