Aİ Şurasına sədrlik Macarıstana keçdi
Bu gündən Avropa İttifaqı Şurasına sədrlik Belçikadan Macarıstana keçib.
KONKRET.az "Deutsche Welle"yə istinadən xəbərinə görə, Macarıstanın baş naziri Viktor Orban bu barədə açıqlama verib.
O həmçinin ölkəsinin sözü gedən postdakı prioritetlərini açıqlayıb. Bildirib ki, bununla bağlı 7 maddədən ibarət proqram qəbul olunub.
"Proqramın əsas müddəası Ukraynada müharibənin dayandırılmasından ibarətdir. Çünki hazırda orada baş verənlər ittifaq daxilində nəzərdə tutduğumuz prioritetlərin həyata keçirilməsinə maneə yaradır" – V. Orban belə deyib.
Ölkənin Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka isə vurğulayıb ki, diqqət yetiriləcək daha bir məsələ ittifaq ölkələrinin təhlükəsizliyi, müdafiə sənayesi potensialının güclənməsi, bu sahədə əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də iqtisadiyyatın yeni çağırışlara uyğunlaşdırılmasından ibarətdir.
Y. Boka həmçinin Avrozona rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasını da vacib saydıqlarını deyib. Nazirin qənaətincə, bu sahədə mütərəqqi qanun qəbul edilməlidir.
Qeyd edək ki, onun bu ideyasına Avropa Komissiyasında şübhə ilə yanaşılır. Bildirilir ki, bu addım ABŞ ilə ciddi fikir ayrılıqlarına səbəb ola bilər. (Apa)
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı