Ailəmin xilaskarı mənəm' - Əməkdar artist
"Həyatımda çox qadın olmayıb. İnsan özünə hörmət etməlidir. Hələ indiyə qədər məşhurluğumdan istifadə edib küçədə, tədbirdə kiminləsə tanış olmamışam. Cavan vaxtı kiminləsə əl-ələ tutub şəhərdə gəzməmişəm, bulvara qızla çıxmamışam. Çünki belə xasiyyətim olmayıb. Daxilimdə bir ağırlıq olub. Baxamayaraq ki, deyib-gülənəm, elə məqam olur ki, utancaq oluram. Tərbiyə ailədən gəlir".
azxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həftənin qonağı" verilişində deyib. O, sevgini "bəla" adlandırıb.
"Allah bizi Leyli-Məcnun sevgisindən qorusun. Sevgi bəladır. Bir də var hörmət. Çox şükür ailəm, övladlarım var. Sevgim də, məhəbbtim də, bütün hisslərim də hamısı ailəmdə cəmləşib. Leyli-Məcnun eşqini heç yaşamaq da istəməmişəm. Ondan qurtulmaq hər oğulun işi deyil. Orada hər şeyin üstündən xətt çəkə bilərsən. Bu elə bir hissdir ki, orada ata-ana, bacı-qardaş, qohum-əqrəba, nəsil - hamısı axırıncı plana keçir. Və sən hər şeyi onda görürsən. Xoşum gələ bilər, deyə bilərəm ki, biz ailə quraq. Kinoda deyir, "Sonra sevərsən". Bu gün ailəm, həyat yoldaşım mənim üçün əvəzolunmazdır. Bir də anam. Atam rəhmətə gedib. Anamın 87 yaşı tamam oldu, başımın tacıdır. Çalışıb-vuruşuram ki, 87-ni 97 edim. Nə qədər ki, onun nəfəsi var, mənim yolum Qazaxa açıqdır. Orada qalır. Buranın havası ona düşmür, qala bilmir. Yaşlananda adam narahat olr. Elə bilir ki, bura gəldilər, evini aparacaqlar".
V.Məhərrəmli daim ailəsinin yanında olduğunu açıqlayıb:
"Ailəmin xilaskarı mənəm. Onlarla nəyisə bölməmişəm, onları birbaşa ayağa qaldırmışam. Nə problem olubsa, onu mən həll etmişəm. Daha nə olmalıdır? Qədir bilən bilir".

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür