Ailəsini qəzada itirən İranın yeni prezidenti kimdir? - Türklüyü ilə qürur duyan Pezeşkianın DOSYESİ

Ailəsini qəzada itirən İranın yeni prezidenti kimdir? - Türklüyü ilə qürur duyan Pezeşkianın DOSYESİXəbər verdiyimiz kimi, iyulun 5-də İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda əslən azərbaycanlı namizəd Məsud Pezeşkian qalib gəlib. Belə ki, o, 16.384.403 səs, rəqibi Səid Cəlili isə 13.538.179 səs toplayıb.
İranın 9-cu prezidenti olan Məsud Pezeşkian təkcə siyasi keçmişi ilə deyil, həm də özünəməxsus mövqeyi ilə də seçilir.
Bakupost.az Məsud Pezeşkianın bioqrafiyasından bəzi maraqlı məlumatları təqdim edir:
İslahatçı siyasətçi Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Mahabad şəhərində azərbaycanlı ailəsində anadan olub. O, hər fürsətdə türk olması ilə qürur duyduğunu dilə gətirib. Yol qəzasında həyat yoldaşını və oğlunu itirən Pezeşkian mərhəmətli və dözümlü şəxsiyyət kimi ölkədə rəğbət qazanıb.
Soyadı farscadan tərcümədə "həkimlər" mənasını verən Pezeşkian Təbriz Universitetinin tibb fakültəsini bitirib. O, 1980-1988-ci illər arasında İran-İraq müharibəsi zamanı həm döyüşçü, həm də həkim kimi xidmət edib. 1985-ci ildə ümumi praktika həkimliyi kursunu bitirən Pezeşkian müharibədən sonra Təbriz Səhiyyə Elmləri Universitetində ümumi cərrahiyyə ixtisası üzrə təhsilini davam etdirib.
1993-cü ildə Təbriz Səhiyyə Elmləri Universitetində ürək cərrahiyyəsi ixtisasına yiyələnən Pezeşkian 1994-1999-cu illərdə Təbriz Səhiyyə Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb.
Pezeşkiyan 1994-cü ildə həyat yoldaşı Fatma Məcidi və bir oğlunu yol qəzasında itirib, qalan iki oğlu və bir qızını tək böyüdüb. O, bu faciədən sonra bir daha ailə qurmayıb. Pezeşkianın itkisi və fədakarlığı ilə bağlı bu hekayə İran cəmiyyətində onu mərhəmətli və möhkəm şəxsiyyət kimi tanıdıb. Bu cəhətləri bir çox insanlar tərəfindən ona rəğbət və hörmət qazandırıb.
Pezeşkianın siyasi həyatı onun 1997-ci ildə, keçmiş prezident Məhəmməd Hatəminin dövründə səhiyyə nazirinin müavini təyin edilməsi ilə başlayıb. Daha sonra 2001-ci ildə Hatəmi dövründə səhiyyə naziri təyin edilib və 2005-ci ilə qədər bu vəzifədə qalıb.
2008-ci ildə ölkədə keçirilən seçkilərdə Təbrizdən millət vəkili kimi parlamentə daxil olub. Pezeşkian o vaxtdan bəri deputat kimi beş dəfə Təbrizi təmsil edib.
O, heç vaxt hakimiyyətin müxalifətə münasibətini sərt tənqid etməkdən çəkinməyib. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən hadisələr zamanı təhlükəsizlik qüvvələrinin müdaxiləsini parlamentdə sərt tənqid etdiyi üçün mühafizəkar millət vəkilləri ilə gərginlik yaşayıb.
2013-cü ildə İranda keçiriləcən prezident seçkilərində iştirak üçün namizəd kimi müraciət edən, lakin sonradan namizədliyini geri götürən Pezeşkian 2016-cı ildə 4 il İran parlamentinin sədr müavini vəzifəsində çalışıb. Bu müddət ərzində o, nüvə sazişini və Qərblə münasibətləri müdafiə edib.
Pezeşkiyanın 2021-ci il seçkiləri üçün namizədlik ərizəsi Konstitusiyanın Mühafizəçilər Şurası tərəfindən rədd edilib. O, martın 1-də keçirilən parlament seçkilərində Təbrizin deputatı kimi yenidən parlamentə daxil olub.
2022-ci ilin sentyabrında İranda Məhsə Əmini adlı gənc qadının polis zorakılığı nəticəsində ölməsindən sonra dövlət televiziyasında iştirak etdiyi proqramdaPezeşkian qadınlar üçün məcburi hicab qanunu ilə bağlı müdaxilələrin vəziyyəti daha da pisləşdirdiyini və buna son qoyulmalı olduğunu bildirib.
O, "Uşaqlarımızın iffətli olmasını istəyirik, lakin bu davranışlar onları dindən uzaqlaşdırırsa, bu üsulu davam etdirməməliyik" deyib.
Keçmiş prezidentlər Məhəmməd Hatəmi, Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin açıq dəstəyini alan Pezeşkian seçki kampaniyalarında ölkədə "etnik və məzhəb ayrı-seçkiliyi" və məcburi hicab probleminə diqqət çəkib. O, iqtisadiyyat və ədalətlə bağlı problemləri həll edəcəyinə söz verib.
İnternet qadağalarını böyük ölçüdə qaldıracağına söz verən Pezeşkian daxili və xarici siyasətdə mühüm islahatların aparılmasının və Qərblə daha yaxşı əlaqələrin qurulmasının lazım olduğunu bildirib.
Pezeşkian 2005-ci ildən sonra İranda prezident seçilən ilk islahatçı şəxsdir. (Bakupost) / konkret.az

Siyasi       Tarix: 07 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler xeber saytlari son xeberler bugun 2026 muharibe sou xeberler