Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilib - FOTO

Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilib - FOTOAkademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilib - FOTO
Ukraynanın N.Y.Jukovski adına Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun rektoru, professor Nikolay Neçiporuk, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, "Azərbaycan Hava Yolları" QSC və "Silk Way" aviaşirkətinin prezidentlərinin müşaviri, akademik Dmitri Kiva, eləcə də, universitetin və səfirliyin bir qrup nümayəndəsi "Azərbaycan Hava Yolları" QSC-nin nəzdindəki Milli Aviasiya Akademiyasında (MAA) olublar.
Səfər zamanı qonaqlar "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovla və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevlə görüşüblər.
Görüş zamanı Ukrayna Milli Aerokosmik Universitetinin və Azərbaycan Milli Aviasiya Akademiyasının elm və təhsil sahələrində həyata keçirdikləri inkişaf strategiyasının aktual məsələləri, eləcə də tədris müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Görüşdə professor Nikolay Neçiporuk Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevə N.Y.Jukovski adına Ukrayna Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun "Fəxri elmlər doktoru" və "Fəxri professor" attestatlarını təqdim edib..
Nikolay Neçiporuk bu fəxri adların Ukrayna Milli Aerokosmik Universitetinin Elmi Şurasının müvafiq qərarları əsasında MAA-nın rektoru akademik Arif Paşayevə elmin və təhsilin inkişafına verdiyi töhfəyə, aviasiya texnikasının diaqnostikasında müasir metod və vasitələrin tətbiq olunmasına, aerokosmik sahə üçün mütəxəssis hazırlığında görülən işlərə görə verildiyini qeyd edib.
Görüş zamanı Ukrayna Milli Aerokosmik Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sonra ukraynalı qonaqlar Azərbaycan Milli Aviasiya Akademiyasının infrastrukturu, elmi-praktik və tədris-təcrübə bazası ilə tanış olmuş, müəllim və tələbələri ilə görüşüblər.
Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilib - FOTOAkademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilib - FOTO

Turizm       Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xəbərlər.com cəbhədən son xəbərlər 2026 son.xabar