Akif Nağı rəqibi Polad Bülbüloğlu haqda danışdı: Onun namizəd olması
"Polad Bülbüloğlu tanınmış sənət adamıdır, eyni zamanda diplomatik təcrübəyə malik siyasətçidir. Onun namizəd olmasına normal yanaşıram".
Bu sözləri azxeber.com-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlunun 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində onun namizəd olduğu dairədən namizəd olmasına münasibət bildirərkən deyib.
Partiya sədri bildirib ki, o, istənilən şəxslə sağlam mübarizə aparmağa hazırdır:
"Mən istənilən şəxslə sağlam mübarizə aparmağa hazıram. Əgər Polad müəllim də mübarizəyə sağlam şəkildə, müəyyən prinsiplər əsasında yanaşacaqsa, hesab edirəm ki, problem yaşanmayacaq. Mən öz namizədliyimə, şansıma tam inanıram. Çünki Azərbaycanın istənilən bölgəsində, xüsusilə Qarabağda mənim qalib gəlmə şansım istənilən adamdan daha çoxdur. Ona görə ki, biz 30 il ərzində Qarabağın azadlığı uğrunda çalışmışıq. Hamının gözünün qarşısında bütün həyatımızı bu prosesə sərf etmişik. Bu addımlarıma görə dəfələrlə tutulmuşam, döyülmüşəm, işdən azad edilmişəm, təzyiqlərə məruz qalmışam, amma bir dəfə yolumdan dönməmişəm. Biz yalnız düzgün yolu - müharibəni yolunu göstərmişik. Cənab Prezident İlham Əliyev də çox sağ olsun ki, uğurlu addımlar atdı və bizim arzularımızı həyata keçirərək torpaqlarımızı işğaldan azad etdi.
Ümumən, Azərbaycan cəmiyyətində müharibə əleyhinə olan həddindən artıq çox adam var. Bu gün özlərini, qalib, fateh kimi göstərərək Şuşada gedib "poza"lar verirlər. Vaxt var idi ki, bu şəxslər bizi az qala xalq düşməni elan edirdilər".
Qeyd edək ki, Akif Nağı və Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində yarışacaqlar.
Mikayıl Mirzəzadə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı