2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar

2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərarMilli Məclisin plenar iclasında çıxış edən deputat Vüqar Bayramov işğaldan azad edilmiş ərazilərdə 2027-ci ildə kütləvi məskunlaşmanın planlaşdırıldığını və hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda evin təklif ediləcəyini bildirib.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, deputat diqqətə çatdırıb ki, hazırda azad olunmuş bölgələrdə 100 minə yaxın Azərbaycan vətəndaşı yaşayır, çalışır və təhsil alır, onların 41 213 nəfəri isə daimi məskunlaşan keçmiş məcburi köçkünlərdir.
Məskunlaşma dinamikasında ən yüksək göstərici Ağdam rayonunda qeydə alınıb ki, hazırda orada 8 300 nəfər yaşayır. Cəbrayıl rayonuna isə 7 112 keçmiş məcburi köçkün geri qayıdıb.
V.Bayramov vurğulayıb ki, qurulan müasir infrastruktur məskunlaşmanın genişlənməsinə birbaşa şərait yaradır və heç bir keçmiş məcburi köçkün bu böyük prosesdən kənarda qalmayacaq.
Bölgədəki bərpa və quruculuq işlərinin miqyasından bəhs edən deputat Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə indiyədək 600 dəfədən çox səfər etdiyini, bu səfərlər çərçivəsində 180-dən çox layihənin təməlinin qoyulduğunu və 170-dən çox obyektin açılışının həyata keçirildiyini nəzərə çatdırıb.
Vüqar Bayramov Zəfərdən sonra regionun iqtisadi göstəricilərində kəskin artımın olduğunu da statistik faktlarla təqdim edib. O bildirib ki, Qarabağ iqtisadi rayonunda məhsulun ümumi buraxılışı 2020-ci ildəki 1 milyard 548 milyon manatdan 4 dəfə artaraq 6 milyard manata çatıb.
Şərqi Zəngəzur iqtisadi rayonunda isə 2020-ci ildə 134 milyon manat təşkil edən ümumi buraxılış 30 dəfə artaraq 4 milyard manatı ötüb. Deputat hazırda regionda sənaye məhsulunun həcminin 100 milyon manat, aqrar sektorun həcminin isə 170 milyon manatdan çox olduğunu diqqətə çatdırıb.

Sosial       Tarix: 04 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Doğum gününüz haqqınızda nə deyir

Böyük bir elmi araşdırmanın nəticələri, insanın doğulduğu həftənin gününün onun görünüşünə, xarakterinə və ya həyat uğurlarına təsir etdiyinə dair çoxdan mövcud olan inamı təkzib edib. . -a istinadən xəbər verir ki, ingili

Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?

Son vaxtlar sosial şəbəkələrin Azərbaycan seqmentində diqqətçəkən yeni tendensiya formalaşıb. Valideynlər azyaşlı qızlarının saçını canlı yayımlar zamanı kəsərək satışa çıxarırlar. Bir neçə dəqiqə ərzində gəlir əldə etmə

Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR

Fərdi sahibkarların sosial sığorta ödənişlərinin hesablanması qaydası dəyişib. 2026-cı il yanvarın 1-dən etibarən ödənişlər artıq fəaliyyət göstərilən əraziyə görə deyil, sahibkarın əldə etdiyi gəlirə əsasən hesablanır. yenisabah-

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Respublikanın avtomobil yollarında vəziyyət açıqlanıb. -a bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumatına əsasən noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistra

Noyabrda şans üzlərinə güləcək – Həmin 3 bürc

Astroloqlar noyabr ayının müsbət dəyişikliklər dövrü ola biləcəyi üç bürcü müəyyən ediblər. xəbər verir ki, ayın sonuna qədər münasibətlərdə, maliyyədə və karyerada yeni perspektivlərin onları gözlədiyi proqnozlaşdırılır

Yeni il süfrəsi qurmaq dəbdən düşür: ƏNƏNƏLƏR DƏYİŞDİ

"Yeni il hazırlıqları və süfrə xərclərinin artması bayram sevgisini öldürən əsas iqtisadi amil deyil". KONKRET.azxəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib

Kartla ödənişdən imtina qanun pozuntusudurmu? - CƏRİMƏ AÇIQLANDI

Nağdsız ödənişlərin genişlənməsinə baxmayaraq, bəzi obyektlərdə vətəndaşların kartla ödəniş etmək istəyi qəbul edilmir və onlardan yalnız nağd pul tələb olunur. Halbuki qanunvericilik POS-terminal quraşdırılması məcburi ola

Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Lada NİVA" markalı minik avtomobil

Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir. qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 en son xeberler xeber saytlari futbol xeberleri