Akopyanın "Qarabağ və Yevlax" ironiyasının PƏRDƏARXASI: Erməni deputat bununla Azərbaycanın hansı uğurunu etiraf etdi?

Akopyanın "Ermənistan parlamentinin hakim partiyasından olan deputat Qraçya Akopyanın "Qarabağ məsələsində Yevlaxa gedənlərdən soruşmaq lazımdır" cavabı əslində iki istiqamətdən qiymətləndirilə bilər. Əvvəla bu, məsuliyyətdən yayınma cəhdidir. Ermənistan hakimiyyəti və siyasətçiləri artıq Qarabağla bağlı birbaşa mövqe bildirməkdən çəkinirlər. Çünki bununla bağlı faktiki vəziyyət dəyişib. Onların Qarabağ üzərində nə hərbi, nə də inzibati təsir imkanları qalmayıb".
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Polad Mehdiyev səsləndirib:
Akopyanın "Azərbaycan 2020-ci ildə 44 günlük vətən müharibəsi və lokal antiterror tədbirləri ilə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanaraq işğal altında olan torpaqlarını azad etdi. Bu, beynəlxalq hüququn "dövlətlərin suverenliyi və ərazi bütövlüyü" prinsipinə tam uyğun addım idi. Həm də bu proses Azərbaycanın beynəlxalq legitimliyini gücləndirdi və işğal edilmiş ərazilər üzərində dövlət suverenliyini tam təmin etdi. Bu səbəbdən deputatın cavabı məsuliyyəti üzərindən atmaq, mövzunu Ermənistan siyasətindən kənarda saxlamaq məqsədi daşıya bilər. Yəni, "bizim səlahiyyətimizdə deyil, bunu Yevlaxa gedənlərdən – yəni, Qarabağ ermənilərindən soruşun" mesajı verilir".
Politoloqun sözlərinə görə, eyni zamanda bu cavab faktiki vəziyyətin qəbul edilməsi, Ermənistan siyasi dairələrinin reallığı qəbul etdiyinin dolayı göstəricisi sayıla bilər:
"Deputat açıq şəkildə deməsə də, Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu etiraf edir. "Yevlaxa gedənlər" ifadəsi ilə o, artıq bu mövzunun Ermənistan hökumətinin deyil, Azərbaycan dövləti ilə Qarabağ erməni icması arasında müzakirə olunduğunu təsdiqləyir.
Onu da vurğulamaq lazımdır ki, bu nəticələrin əldə olunması cənab Prezident İlham Əliyevin uzun illər ərzində apardığı ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir. Diplomatiya, hərbi güc, beynəlxalq hüquqi əsaslandırma və daxili siyasi sabitlik birləşərək Azərbaycanın milli maraqlarına xidmət etdi. Bu siyasət nəticəsində Ermənistanın Qarabağdakı iddiaları hüquqi və faktiki olaraq iflasa uğradı, Qarabağ ermənilərinin inteqrasiyası Azərbaycan dövlətinin daxili məsələsinə çevrildi və Azərbaycanın regiondakı nüfuzu və beynəlxalq mövqeyi daha da möhkəmləndi".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 10 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun hava durumu ən son xeberler valyuta mezenesi