"Al Jazeera": İtaliya qaz asılılığını azaltmaq üçün Azərbaycana müraciət edib
Romanın Rusiya qazından asılılığını azaltmaq yarışında italiyalı nazirlər Azərbaycana müraciət ediblər.
KONKRET.azxəbər verir ki, bu barədə "Al Jazeera" telekanalının saytı yazıb.
Qeyd edilir ki, İtaliya rəsmiləri bu problemin həlli üçün həmçinin Konqo, Anqola və Qətər kimi bir çox ölkələrlə danışıqlar aparırlar.
Keçən il qaz idxalının təxminən 40 faizini Rusiyadan təmin edən İtaliya Ukraynada münaqişə kəskinləşdikcə enerji təchizatı kompleksini şaxələndirməyə çalışıb. Əlcəzairdə qaz yataqlarının işlənməsini sürətləndirmək cəhdlərinin əsas səbəbi Rusiyadan uzaqlaşmaqdır:
"İtaliyanın enerji nəhəngi "Eni" Əlcəzairin qaz təchizatını artırmaq üçün müqavilə imzalayıb. "Eni" və Əlcəzairin "Sonatrach" dövlət şirkəti, Roma Rusiya karbohidrogenlərindən asılılığını azaltmaq üçün yeni yollar axtararkən Şimali Afrika ölkəsində həm qaz kəşfiyyatını, həm də yaşıl hidrogenin inkişafını artırmaq üçün razılığa gəliblər".
Razılaşma İtaliyanın Baş naziri Mario Draqinin Əlcəzairə səfərindən bir neçə həftə sonra Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun Romaya dövlət səfəri zamanı əldə edilib.
"Hər dəfə hasilat artdıqca, biz onu İtaliyaya tədarük edə biləcəyik, o da onu Avropanın qalan hissəsinə göndərə bilər", – Tebbun İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdən sonra deyib.
"Elektrik enerjisinə gəlincə, biz italyan dostlarımızla Əlcəzairdən İtaliyaya sualtı kabel çəkməyə razılaşdıq", – o əlavə edib.//Report
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı