Aleksandr Osaulenko: "Azərbaycana səyahətin təhlükəsiz olduğunu göstərmək lazımdır
Aleksandr Osaulenko: "Azərbaycana səyahətin təhlükəsiz olduğunu göstərmək lazımdır"
Koronavirus pandemiyası səbəbindən turizm dünyanın istisnasız olaraq bütün ölkələrinin iqtisadiyyatının ən çox təsirləndiyi sahələrindən birinə çevrildi.
Müxtəlif proqnozlar var, bəzilərinə görə böhran təxminən üç il davam edəcək. Bu həqiqətən belədirmi? Turizmdə canlanmanı nə vaxt gözləmək olar?
Media.Az bu kimi suallarla Rusiya Səyahət Sənayesi İttifaqının (PCT) vitse-prezidenti, TURPOMOSH Assosiasiyasının direktoru Aleksandr Osaulenkoya müraciət edib.
Osaulenkonun sözlərinə görə, pandemiya ilə bağlı vəziyyət hamını turizm məhsullarının istehsalına, tanıtımına və tətbiqinə fərqli baxmağa məcbur edib:
"Bu gün başqa cür hərəkət etməliyik. İlk növbədə şübhəsiz ki, tibbi komponent hədəfə alınaraq təhlükəsizlik əvvəlkindən daha geniş mənada əsas götürüləcək. Turistlərin dəvəti ilə bağlı daha tez müəyyən bir hərəkət protokolu quracaq ölkələr bundan faydalanacaq. Turistlər necə qəbul ediləcək, yoluxma halında nə olacaq?".
O, bildirib ki, sərhədlər açılmazdan əvvəl təbliğat, tanıtım aparılmalıdır:
"Azərbaycanda çox dostlarım var, sizin nələrə sahib olduğunuzu dəqiq bilirəm, azərbaycanlıların qonaqpərvərliyi barədə məlumatım var. Elə indi, sərhədlərin fiziki açılışını gözləmədən özünüz haqqında yeni məlumatları təbliğ etməyiniz vacibdir. Xaricdəki turoperatorlara son zamanlarda nəyin dəyişdiyini və nəyin dəyişmədiyini izah etmək lazımdır. Artıq bu gün təqdim ediləcək daha çox məlumata ehtiyac var".
Mütəxəssis deyib ki, Azərbaycana səyahətin təhlükəsiz olduğunu göstərmək lazımdır:
"Bunları sərhəddə bütün maneələr qalxana qədər həll etmək lazımdır". /oxu.az
Xidmetler [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var