Aleksandr Rar: "AB ilə Avropa "təlimatları" çərçivəsində əməkdaşlıqdan imtina edən İlham Əliyev haqlıdır

Aleksandr Rar: "AB ilə Avropa "təlimatları" çərçivəsində əməkdaşlıqdan imtina edən İlham Əliyev haqlıdırAleksandr Rar: "AB ilə Avropa "təlimatları" çərçivəsində əməkdaşlıqdan imtina edən İlham Əliyev haqlıdır"
Bu gün Moskvada Alman politoloq-beynəlmiləlçi, "Valday" Klubunun üzvü Aleksandr Rarın Rusiyada yayımlanmasına qədər Almaniyada bestseller olmağı bacaran "2054: Putinin kodu" kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatdan sonra Aleksandr Rar "Vestnik Kavkaza" nəşrinə müsahibəsində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın daxil olduğu "Şərq Tərəfdaşlığı" Avropa layihəsinin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
O hesab edir ki,  AB ilə Avropa "təlimatları" çərçivəsində qarşılıqlı əməkdaşlıqdan imtina edən Azərbaycan Prezidenti İlham Əliyev haqlıdır:
"Mənə elə gəlir ki, Avropa Birliyi Rusiyaya qarşıdurma mövzusunu "Şərq Tərəfdaşlığı" konsepsiyasından çıxarmaqla öz mövqeyini dəyişməlidir. Postsovet məkanının müəyyən ölkələrini Rusiya Federasiyasının orbitindən, Avrasiya İttifaqından Avropaya çıxartmağa cəhd etmək olmaz.
Bu, heç bir yerdə, nə Gürcüstanda, nə də Ukraynada alınmadı. Əksinə, yeni problemlər, o cümlədən, Ukraynada müharibə ortaya çıxdı. Buna görə Avropa Birliyi, mənə elə gəlir ki, yeni yanaşmalar, yeni bir konsepsiya tapmalıdır. Üstəlik, "Şərq Tərəfdaşlığı" layihəsinin yaradılması dövründə mövcud olmayan Avrasiya İttifaqı da indi güclənməkdədir.
Düşünürəm ki, nə Ermənistanı, nə Azərbaycanı, nə də Ukraynanı Avropa Birliyinə və NATO-ya qəbul etməyəcəklər. İndi bu ölkələr Avropa Birliyi ilə münasibətləri necə quracaqlarına özləri qərar verməlidir.
Azərbaycan isə hələ Avrasiya İqtisadi Birliyi ilə də münasibətləri necə quracağını anlamalıdır. Ermənistan həm orada, həm də burada özü üçün faydalı mövqeləri axtaracaq. Mənə elə gəlir ki, yekunda Ukrayna da həm Qərbə, həm də Şərqə yönələcək".   /oxu.az

Siyasi       Tarix: 29 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Lavrovla bunları müzakirə etdi – FOTOLAR

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliy

"Truth Social"-da yeni xidmət: Trampın paylaşımlarına erkən çıxış imkanı yaradılır

ABŞ Prezidenti Donald Trampın media şirkəti "Trump Media" treyderlər və institusional investorlar üçün yeni pullu xidmət istifadəyə verməyə hazırlaşır. xəbər verir ki, bu barədə "The Wall Street Journal"

Haaretz: İsrail "erməni soyqırımı"nın tanınması ilə bağlı səsverməni buna görə təxirə salıb

İsrail hökumətinin ötən ay təsdiqlədiyi "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar Knessetin səsverməsinə çıxarılmayıb. . bildirir ki, Haaretz qəzetinin məlumatına görə, buna Azərbaycan tərəfi ilə aparıla

Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. -ın məlumatına görə, Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportund

"Dost Almaniya xalqına..." - İlham Əliyevin xatirə kitabına yazdıqları

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevin "Villa Borsig" iqamətgahında Fəxri qonaqlar kitabına yazdığı ürək sözlərini paylaşıb. səfər çərçivəsində dövlət başçısının xatirə kitabında qey

"Rusiya diqqətini Baltikyanı ölkələrə və Polşaya yönəldə bilər"

Litva müdafiə naziri Kaunas, Rusiyanın Ukraynadakı müharibədə gözlənilən nəticəni əldə edə bilməməsi fonunda yeni bir eskalasiyaya ehtiyac duyduğunu bildirib. xəbər verir ki, LRT efirində çıxış edən nazir Rusiyanın daxilind

Ceyhun Bayramov: Rusiya ilə münasibətlər tam normallaşıb

Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik. xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib

Neft bahalaşacaq

"Yaxın Şərqdə yenidən münaqişənin başlaması, Hörmüz boğazında müəyyən məhdudiyyətlərin olması neft qiymətlərinin yenidən artımına səbəb ola bilər". xəbər verir ki, bu sözləri -a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib

Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu

Rusiya işğalda saxladığı Melitopol və Qeniçek şəhərləri arasında yeni yüksək gərginlikli elektrik xəttini Zaporojye AES-lə əlaqələndirmək üçün apardığı tikintini yekunlaşdırıb, lakin Ukrayna zərbələri nəticəsində bu pla


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler sonxeberler xeber.az son xeberler xeberler azerbaycan