Ali Məhkəmədən müflis banklarla bağlı - Mühüm qərar

Ali Məhkəmədən müflis banklarla bağlı - Mühüm qərarAli Məhkəmənin Kommersiya kollegiyası müflis elan olunmuş bankla bağlı ödəmə tapşırıqlarından irəli gələn mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
azxeber.com Ali Məhkəməyə istinadən xəbər verir ki, iş iddiaçı ASC-nin cavabdeh banka təqdim etdiyi ödəmə tapşırıqlarının icra edilməməsi ilə bağlıdır.
İddiaçı həmin vəsaitlərin tutulması tələbi ilə məhkəməyə müraciət edib və birinci instansiya məhkəməsi iddianı qiyabi qətnamə ilə təmin edib. Sonradan cavabdeh bankın müflis elan olunması əsas gətirilərək qiyabi qətnamə ləğv edilib və iş üzrə icraata xitam verilib. Birinci və apellyasiya instansiya məhkəmələri bu mövqeni onunla əsaslandırıb ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra banka qarşı bütün məhkəmə icraatları dayandırılır və bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülə bilər.
Lakin Ali Məhkəmə bu mövqe ilə razılaşmayıb. Məhkəmə kollegiyası bildirib ki, müflis banka qarşı irəli sürülən iddialar bankın bilavasitə bank fəaliyyəti ilə bağlı iddialar və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətlə bağlı iddialar olmaqla, iki qrupa bölünür Yalnız birinci qrupa aid olan, yəni kreditor tələbləri iflas proseduru çərçivəsində baxılmalı, ikinci qrupa aid olan mübahisələr isə ümumi iddia icraatı qaydasında məhkəmələr tərəfindən araşdırılmalıdır.
Ali Məhkəmə müəyyən edib ki, baxılan iş bankın kreditor tələbləri ilə bağlı deyil. Mübahisə iddiaçının öz hesablarında olan vəsaitlərin bank tərəfindən icra edilməmiş ödəmə tapşırıqları ilə əlaqədardır. Həmçinin bu ödəmə tapşırıqları verildiyi vaxt cavabdeh bank hələ müflis elan olunmayıb. Bu səbəbdən iddiaçının tələbləri "Banklar haqqında" Qanunun 73.1 və 73.1.1-ci maddələri ilə tənzimlənir.
Ali Məhkəmə vurğulayıb ki, bankın müflis elan olunması ilə bağlı məhdudiyyətlər bu cür münasibətlərə şamil edilmir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilib, ASC-nin kassasiya şikayəti təmin olunub.

İqtisadiyyat       Tarix: 13 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber hava durumu sonxabar az havanın temperaturu