Alimlər alman rəssamı Holbeynin 16-cı əsrə aid rəsminin sirrini açıblar - FOTO
Alimlər alman rəssamı Holbeynin 16-cı əsrə aid rəsminin sirrini açıblar - FOTO
Britaniya Kral İncəsənət Kolleksiyasının mütəxəssisləri məşhur alman rəssamı Hans Holbeynin müştərilərinin portretlərini daha cəlbedici etmək üçün yenidən çəkdiyini aşkar ediblər. Bu, Holbeynin alman taciri Derix Bornun əks olunduğu rəsmin tədqiqi zamanı aydın olub.
Rentgen və infraqırmızı skanerlər rəssamın əvvəlcə müştərinin əsl üzünü - kifayət qədər kök olan bir gənci kətan üzərində necə çəkdiyini, sonra isə müştərini ətli yanaqları əvəzinə qabarıq üz sümükləri və künclü çənə ilə təsvir etmək üçün qat-qat dəyişikliklər etdiyini göstərib.
"Biz açıq-aşkar görürük ki, Holbeyn iki qat lazurit mavisi rəngdə olan fon vasitəsilə o və Derix Born özü bu bənzərlikdən razı qalanadək yanaqları və çənə xəttini təkmilləşdirməyə davam edib", - deyə Britaniyanın kral kolleksiyasının rəsmlərinin konservasiyası şöbəsinin rəhbəri Nikola Kristi bildirib.
Derix Bornun portreti Holbeynin Bukingem Sarayındakı Kraliça Qalereyasında nümayiş etdirilən 50-dən çox əsəri arasındadır. Hans Holbeyn ilk dəfə 1526-cı ildə İngiltərəyə gedib və Kral VIII Henrixin sarayına rəssam təyin edilib.

Mənbə: gazeta.ru / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR