Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar
Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir.
KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience" jurnalı ABŞ alimlərinin apardığı tədqiqatlara istinadən məlumat yayıb.
Tədqiqatda qeyd olunur ki, mielin qatı oliqodendrositlər adlanan xüsusi hüceyrələr tərəfindən formalaşdırılır. Bu proses hələ ana bətnində başlayır və yetkinlik dövrünədək davam edir. Alimlər müəyyən ediblər ki, beynin müxtəlif nahiyələrindəki qlükoza konsentrasiyası yalnız enerji mənbəyi deyil, həm də hüceyrələrin fəaliyyətini tənzimləyən bir siqnal rolunu oynayır.
Qlükoza səviyyəsi yüksək olan ərazilərdə "sələf hüceyrələr" sürətlə bölünərək saylarını artırır. Şəkərin səviyyəsi azaldıqda isə həmin hüceyrələr yetişməyə başlayaraq mielin istehsal edən oliqodendrositlərə çevrilir. Bu mexanizmdə əsas rolu ATF-sitrat-liaza fermenti oynayır. Bu ferment hüceyrələrə qlükozanın parçalanma məhsullarından istifadə edərək bölünməni təmin edən genləri aktivləşdirməyə kömək edir. Alimlər siçanlar üzərində apardıqları təcrübədə bu fermenti deaktiv etdikdə, hüceyrə artımının zəiflədiyini və mielin səviyyəsinin müvəqqəti azaldığını müşahidə ediblər.
Mütəxəssislərin fikrincə, bu kəşf beynin erkən inkişaf mərhələlərini anlamaq üçün böyük əhəmiyyət kəsb edir. Gələcəkdə əldə olunan nəticələr dağınıq skleroz kimi nevroloji xəstəliklərin müalicəsində, eləcə də mielin qatının qorunması və bərpası üçün yeni üsulların hazırlanmasında istifadə oluna bilər.//Oxu.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib