Alimlər COVID-19 ilə mübarizədə ƏN FAYDALI VİTAMİNİ TAPDI

Alimlər COVID-19 ilə mübarizədə ƏN FAYDALI VİTAMİNİ TAPDIAmerikalı alimlər müəyyənləşdirib ki, D vitamini səviyyəsi normal olan koronavirus xəstələri xəstəliyi daha yüngül keçirir və ölüm halları daha az olur. Bildirilib ki, D vitamini defisiti olan xəstələrdə isə vəziyyət ağırdır.
Milli.Az xəbər verir ki, Boston Universiteti Tibb Fakültəsinin mütəxəssisləri tərəfindən aparılan bu araşdırmanın nəticələri "PLOS One" jurnalında dərc edilib. Alimlər qandakı D vitamini səviyyəsinin xəstəliyin şiddətinə və COVID-19-dan ölüm faizinə necə təsir etdiyini aydınlaşdırıb. Koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilən 235 nəfərdən qan nümunələri götürülüb və D vitamini səviyyəsinin göstəricisi olan serum 25-hidroksivitamin D ölçülüb.
Tədqiqatçılar daha sonra infeksiyanın klinik şiddətini və xəstəliyin nəticələrini, habelə huşsuzluq, təngənəfəslik və hipoksiyanı da əhatə edən ağır simptomları olan xəstələri müşahidə edib. Onlarda həmçinin qanda reaktiv zülal və limfositlərin miqdarını (xəstəliklə mübarizə aparmağa kömək edən immun hüceyrələri) izləyiblər.
Daha sonra amerikalı alimlər bütün bu parametrləri D vitamini çatışmazlığı olan və olmayan xəstələrdə müqayisə edib. Kifayət qədər D vitamini olan koronavirus xəstələrində mənfi klinik nəticələrin - ağırlaşma və ya ölüm riskinin çox aşağı olduğu ortaya çıxıb.
Qeyd etmək lazımdır ki, kifayət qədər D vitamini səviyyəsinə sahib 40 yaşdan yuxarı xəstələrin D vitamini çatışmazlığı olan koronavirus xəstələrlə müqayisədə infeksiyadan ölmə ehtimalı 51,5 faiz daha azdır. Bundan əlavə, daha az C-reaktiv zülal və daha yüksək lenfosit səviyyəsinə sahibdirlər.
"Bu araşdırma D vitamininin yetərli olmasının "sitokin fırtınası" və nəticədə COVID-19-un ölümü də daxil olmaqla fəsadların qarşısını ala biləcəyini birbaşa sübut edir", - tədqiqatın rəhbəri Maykl Holik bildirib.
Mütəxəssis qanda lazımlı D vitamini miqdarı ilə koronavirus infeksiyası riskinin 54 faiz azaldığını və vitaminin yalnız COVID-19-la deyil, mövsümi qrip də daxil olmaqla yuxarı tənəffüs yolları xəstəliklərinə səbəb olan digər viruslarla mübarizə aparacağını vurğulayıb. Holik qrip və koronavirus birləşməsinin ölüm sayını kəskin şəkildə artırmasına və xəstəliyin gedişatını çətinləşdirə biləcəyinə dair narahatlıqların olduğunu söyləyib. Bu səbəbdən də xüsusilə qış aylarında yeni tip virus və qripə yoluxma riskini azaltmaq üçün D vitamini əlavələri qəbul etməyi məsləhət görüb. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 02 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu məşqlər beyin qocalmasını yavaşladır

Beynin qocalmasını yavaşlatmağın gözlənilməz yolu kəşf edilib. Güc məşqləri beynin qocalmasını yavaşladır və funksiyasını yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, yeni bir araşdırmaya görə, güc məşqləri beynin funksiyasın

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne xeberler azerbaycan xeber saytlari cəbhədən görüntüleri