Almaniyada 1,7 milyon iş yeri BAĞLANACAQ
Almaniya iqtisadiyyatı yüksək enerji qiymətləri səbəbindən növbəti 15 il ərzində 1,7 milyon iş yerini itirmək təhlükəsi ilə üz-üzədir.
KONKRET.az xəbər verir ki, bunu "Dezernat Zukunft" analitik mərkəzinin saytında dərc olunan araşdırmanın nəticələri göstərir.
Kölndəki Alman İqtisadiyyatı İnstitutunun və "Frontier Economics" beynəlxalq konsaltinq şirkətinin ekspertlərinin fikrincə, hökumət qiymətləri saxlamaq üçün lazımi tədbirlər görməsə, Almaniya yaxın 10-15 ildə sənaye mərkəzi kimi təhdid altında olacaq.
Hadisələr mülayim ssenari üzrə inkişaf edərsə, ölkə 1,3 milyon iş yerini itirəcək, ən pis halda 1,7 milyona qədər insan işsiz qala bilər.
Qeyd olunub ki, ixtisarların artımını cilovlamaq olar, lakin bunun qarşısını tamamilə almaq mümkün olmayacaq.
Mərkəzin bəyanatında deyilir ki, 2030-cu ildən sonra uzunmüddətli perspektivdə Almaniyada elektrik enerjisi qiyməti Avstraliya, İspaniya, Mərakeş, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Çilidəkindən yüksək olacaq.
Ekspertlərin sözlərinə görə, Almaniyada yaşıl hidrogenin istehsal dəyəri yuxarıda qeyd olunan digər ölkələrdəki orta qiymətdən 30% -dən 65% -ə qədər baha olacaq.
İqbal Rzayev,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"