Altsheymer xəstəliyinin yeni genetik risk faktoru aşkar edildi
Altsheymer xəstəliyinin yeni genetik risk faktoru aşkar edildi
İndiana Universitetinin Tibb məktəbinin alimləri Altsheymer xəstəliyinin yeni genetik risk faktorunu aşkar ediblər. Araşdırmanın nəticələri "Immunity" jurnalında dərc olunub.
Müəlliflər araşdırmalar zamanı beynin immun hüceyrələri - mikroqliya ilə bağlı olan mühüm PLCG2 genində əhəmiyyətli mutasiya müşahidə ediblər. Mütəxəssislər müxtəlif nadir dəyişikliklərin təsirini nümayiş etdirərək genin bioloji funksiyalarını təhlil ediblər. Məlum olub ki, M28L variantı Altsheymer xəstəliyinə qarşı həssaslığı artırıb. Eyni zamanda, P522R variantı neyrodegenerativ xəstəlik riskini azaldıb.
Bu nəticələr daha sonra siçanlar üzərində aparılan təcrübələrdə təsdiqlənib. Riski azaldan genləri ehtiva edən immun hüceyrələr amiloid törəmələri azaldıb, xəstəliyi artıran genləri ehtiva edən hüceyrələr isə əksinə, onlarla mübarizə apara bilməyib və törəmələr çoxalıb.
Komanda, həmçinin, PLCG2-nin təsirlərini hərtərəfli öyrənmək üçün "Stark" Neyroelmlər Tədqiqat İnstitutu ilə əməkdaşlıq edib. Tədqiqatçılar siçanlarda əldə edilən klinikaöncəsi nəticələri Altsheymer xəstəliyi ilə bağlı real insanlara aid məlumatlarla müqayisə ediblər. Tədqiqat İnstitutu müəyyən edilmiş genetik mexanizmi təsdiqləyib. İndi alimlər ümid edirlər ki, onların kəşfi Altsheymer xəstəliyi ilə mübarizədə yeni müalicə istiqamətlərinin işlənib-hazırlanmasına imkan verəcək.
Mənbə: Lenta.ru / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR