Amazon hinduları onların ərazisinə girən adamla qəddarcasına hesablaşdılar
Amazon hinduları onların ərazisinə girən adamla qəddarcasına hesablaşdılar
Amazon cəngəlliklərinin dərinliklərində yaşayan təcrid olunmuş qəbilə təsadüfən onların ərazisinə girən bir kişini sözün əsl mənasında hissələrə parçalayıblar. Bundan sonra, yadların nə yediyini öyrənmək üçün onlar qurbanın balıq kimi içalatını çıxarıblar.
Şoka salan hadisə barədə dünyanın ən böyük tropik meşəsinə səyahətlər təşkil edən ekoloq Paul Rozoli danışıb.
Mütəxəssis həmişə xəbərdarlıq edir ki, belə səfərlər çox təhlükəli ola və ölümlə nəticələnə bilər. Onun fikrincə, Amazon meşələrində yaşayan ibtidai tayfaların nümayəndələrini mühakimə etmək olmaz - onlar əcdadlarından onlara ötürülən öz qanunları ilə yaşayırlar. Bununla belə, bu qaydaların əksəriyyətində belə deyilir: "Yad səni öldürməzdən əvvəl sən onu öldür".
P.Rozolinin nəql etdiyi hadisə zamanı vəhşilər onların ərazisinə girən adamı ayağından oxla yaralayaraq onu qaçıb xilas olmaq imkanından məhrum ediblər. Bundan sonra onu tutub öldürüblər.
Daha sonra mərhumun meyiti əlləri və cinsiyyət orqanları kəsilmiş, həmçinin dərisi qismən soyulmuş və qarnı cırılmış şəkildə aşkar edilib.
Ekoloqun sözlərinə görə, qəbilə yad adamla eynən alimlərin aşkar etdikləri naməlum heyvan nümunələri ilə davrandığı kimi davranıblar.
Mənbə: Daily Star / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR