Amerikalı analitik: Tramp üçün Türkiyə ABŞ ermənilərinin rəyindən daha vacibdir - MÜSAHİBƏ

Amerikalı analitik: Tramp üçün Türkiyə ABŞ ermənilərinin rəyindən daha vacibdir - MÜSAHİBƏAmerikalı analitik: Tramp üçün Türkiyə ABŞ ermənilərinin rəyindən daha vacibdir - MÜSAHİBƏ
ABŞ Senatında Prezident Donald Trampın impiçmenti ilə bağlı dinləmələr sona yaxınlaşır. Trampı onda ittiham edirlər ki, o, Ukraynaya hərbi yardımdan təzyiq kimi istifadə edərək, prezident seçkilərində potensial rəqibi Co Baydenin oğluna qarşı cinayət işinin istintaqını aktivləşdirməyə çalışıb. 
Analitiklərin fikrincə, ABŞ Konqresi tərəfindən təsdiqlənən Donald Trampın impiçmentinin Senatda reallaşması ehtimalı azdır. Amma bu il prezident seçkiləri gözlənilir. Və mənfi bir şleyf səsvermənin nəticələrinə təsir göstərə bilər.
Eyni zamanda, respublikaçı Donald Tramp erməni mediasının da verdiyi məlumata görə, erməni diasporunun dəstəyini itirə bilər. Düzdür, hansı dəstək haqqında danışıldığı tam aydın deyil. Amerikadakı ermənilərin böyük əksəriyyəti Demokrat Partiyasının tərəfdarı idi və tərəfdarı olmağa davam edir.
Halbuki məhz respublikaçıların iqtidarında ABŞ Konqresinin iki palatası "erməni soyqırımı"nı tanıyan qətnamələr qəbul etdi, hansı ki, əksər Qərb analitikləri üçün gözlənilməz olmuşdu. Və "The California Courier" qəzetinin redaktoru Harut Sasunyanın yazdığına görə, çoxları bunun Prezident Trampın 24 aprel 2020-ci il tarixli müraciətində "soyqırımı" tanımasına gətirib çıxaracağına ümid edirdi.
Lakin ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus "rəhbərliyin mövqeyi dəyişməyib. Bu məsələ ilə ("erməni soyqırımı" - red.) bağlı fikirlərimiz prezidentin ötən ilin aprelindəki yekun bəyanatında öz əksini tapmışdır", - deyə bəyan etdi.
Qeyd etmək lazımdır ki, Donald Tramp digər ABŞ prezidentləri kimi çıxışlarında "erməni soyqırımı" ifadəsindən çəkinir. Ermənistan mediası – "ABŞ-da prezident Trampa heç bir erməni səs verməməlidir" - çağırışları edirlər.
ABŞ-da nə baş verir, erməni diasporunun təsiri nə qədər güclüdür?
Bu barədə Media.Az amerikalı siyasi analitik Qreq Vaynerlə söhbət edib.
- İmpiçment olacaqmı və ümumiyyətlə, Donald Trampın bu il yenidən seçilmək şansları nə qədərdir?
- İmpiçmenti təmin etmək üçün 67 senatorun səsi lazımdır (indi Senatda 45 Demokrat və 2 müstəqil namizəd var). Yəni, bu sadəcə, mümkün deyil. Əlbəttə ki, demokratlar seçki ilə əlaqədar Donald Trampa qarşı impiçment cəhdindən istifadə edirlər. Arzuları onu ümumilikdə, bülletenlərdən çıxarmaqdır. Ancaq bu az ehtimaldır.
ABŞ-da 325 milyon insan yaşayır. Onlardan 240 milyonu böyüklərdir. Bu 240 milyonun daha bir yarısı, yəni 120 milyon adam birjada oynayır, səhmləri var və s. Donald Tramp Amerika Birləşmiş Ştatlarının prezidenti olanda "Dow Jones" sənaye indeksi cəmi 18 min idi. İndi "Dow Jones"un göstəricisi təxminən 29 mindir.
Yəni Tramp 120 milyon amerikalını demək olar ki, 50% zəngin edib. Buna görə varlanmış insanların ABŞ-ın hazırkı prezidentinə qarşı səs verəcəyini düşünmürəm.
Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı inkişaf edir. Hətta neftin qiymətinin düşməsi müsbət haldır. Ucuz benzin ABŞ üçün çox vacibdir. Hər gün on milyonlarla insan maşınlarında işə gedir. Ümumiyyətlə, ABŞ-da avtomobilin sayı çoxdur, hər birində 3-4 maşın olan ailələr var.
İndi hər şey Donald Tramp üçün işləyir və bu təkcə iqtisadiyyatda belə deyil.
ABŞ prezidenti Yaxın Şərqdəki münaqişəni həll etmək üçün yeni planını açıqlayıb. Və bu onun üçün böyük bir müsbətdir. Baptistlərin səsləri, Amerika yəhudilərinin nüfuzlu diasporu, şübhəsiz ki, Donald Trampı dəstəkləyəcək. Trampın 2020-ci ilin noyabr seçkilərində qalib gəlməsinə mane ola biləcək bir şey görmürəm.
- Bu arada, bir müddət əvvəl "New York Times" qəzetində Donald Trampın vəd etdiyi iqtisadi partlayışın baş vermədiyi və iqtisadiyyatın ABŞ prezidentini uğursuzluğa düçar etdiyi barədə bir məqalə dərc edildi...
- Əgər uğursuzluq yeddi milyon yeni iş yeridirsə, onda nə deyəcəyimi də bilmirəm (gülümsədi - red.). "New York Times" Donald Trampı bəyənmir, ona görə də bu nəşrə kifayət qədər istehza ilə yanaşmaq lazımdır. İqtisadiyyatda Trampa qarşı ümumiyyətlə, heç bir şikayət ola bilməz.
- Diaspor amili nə qədər güclüdür? Erməni mediası, o cümlədən, ABŞ-da erməni nəşrləri Donald Trampa səs verməməyə çağırdı. Söhbət Konqresin iki palatası tərəfindən tanınan "erməni soyqırımı"ndan gedir...
- ...Bu mütləq qətnamə deyil.
- Düzdür. Və "The California Courier" Donald Trampa qarşı təbliğat aparır, çünki ABŞ prezidentinin aprel ayında çıxışında "erməni soyqırımı" ifadəsini işlətməyəcəyinə inanır. Bu, seçkinin nəticələrinə təsir edə bilərmi?
- Siyasi və iqtisadi tərəzi var. Təbii ki, Donald Tramp üçün ABŞ-ın tərəfdaşı kimi NATO-nun üzvü olan Türkiyə Amerikanın erməni icmasının rəyindən daha vacibdir. Bundan əlavə, ABŞ ermənilərinin səs nisbətləri Donald Trampın seçki kampaniyasının nəticələrinə təsir edəcək dərəcədə yüksək deyil.
- Ancaq eyni zamanda, ABŞ-ın erməni mətbuatında, "The California Courier"i nəzərdə tuturam, ABŞ-da demokratların getdikcə gücləndiyi, hazırkı respublikaçı prezidentin mövqeyinin isə zəiflədiyi bildirilir.
- Onlar arzularını həqiqət kimi qələmə verirlər. /oxu.az

Siyasi       Tarix: 30 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxabar xeber.az 2026 sonxabar az idman xeberleri