Ana yeni çəkmə almaq üçün övladını satmağa çalışdı - VİDEO
Ana yeni çəkmə almaq üçün övladını satmağa çalışdı - VİDEO
Dağıstanlı qadın uşağını 300 min rubla (6 564 AZN) satmağa çalışıb.
REN TV-nin məlumatına görə, bu barədə "Alternativ Hərəkat"ı özünün "VKontakte" hesabında məlumat verib.
Qadın pul köçürülməsi zamanı cinayət başında tutulub.
"Alıcılar" elə hərəkat üzvləri olublar. Onlar uşağı pis, təhlükəli şərtlərin gözlədiyi barədə xəbərdar ediblər, amma qadın bunu vecinə almayıb. O, ağır həyatı barədə hekayə uyduraraq, pul lazım olduğunu deyib. Əslində isə hər şeyin o qədər də faciəli olmadığı ortaya çıxıb.
"Həyasızlığın ən yüksək həddi onun hər şeydən xəbəri olan bacısı ilə yazışmalarından və uşağı satandan sonra özünə çəkmə almaq barədə planlarından göründü", - deyə təşkilatdan bildirilib.
Qadın nəzarətə alınıb. Onun bir neçə potensial real alıcı ilə yazışdığı məlum olub. Xoşbəxtlikdən qadın saxta alıcıların təklifini dəyərləndirib.
Hadisə ilə bağlı "insan alveri" maddəsi cinayət işi başlanıb.


Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb